Sevincimiz aşdı, daşdı,Xəyalımız dağlar aşdı,Qardaşlarım, qardaşlaşdıGözəl İzmir, gözəl Bakı.

Xəzər sevincdən ağladı,Araz Kür kimi çağladı,Ömürlük peyman bağladıGözəl İzmir, gözəl Bakı.

Səslədi dədə Qorqudu,Ulusun qopuzu, udu,Rüzgarlar, sular oxuduGözəl İzmir,gözəl Bakı.

Yol uzanar, ömür gülər,Gedər sıtmalı bürkülər,Ötər qanadlı türkülərGözəl İzmir, gözəl Bakı.

Çınladı saz, dindi kaman,Amandır, görməsin duman,İki gözüm – iki limanGözəl İzmir, gözəl Bakı.

Yazaydı Füzuli şeir,Qoşaydı nəğmə Üzeyir,Bir-birinə bənzəyirGözəl İzmir, gözəl Bakı.

Bu nə küydür, bu nə haydır,Ulduzlar alay-alaydır,Biri günəş, biri aydırGözəl İzmir, gözəl Bakı.

Yabançılar darılmasın,Doğma bağlar qırılmasın,Bu dünyada ayrılmasınGözəl İzmir, gözəl Bakı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən