Sevmək nə deməkdir?!Cənnət deyilən nəşəli xülya kimi bir şey!Sevmək nə deməkdir?!İksir dolu peymanə deməkdir,Sevmək! O bu dünyada o dünya kimi bir şey!

Sevmək nə deməkdir?!Yelkənli qayıqlar dolu dərya kimi bir şey!Sevmək nə deməkdir?!Varlıqda bir əfsanə deməkdir!Əfsanəli “Məcnun ilə Leyla” kimi bir şey!

Sevmək nə deməkdir?Parlaqlığı aydın qara sevda kimi bir şey!Sevmək nə deməkdir?!Canbir iki divanə deməkdir,Sevmək yarı gerçək, yarı röya kimi bir şey!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri