Xəyalın yanımda, sən uzaqdasan,Hicranın yolları ömür qədərdir.Bu yalqız axşamda yuvama baxsan:mənəm, xəyalındır, bir də kədərdir.

Gəl, ört pəncərəni, qalaq üz-üzə,bir sən ol, bir də mən, bir də gözlərin.Vüsal qərq olurkən hicran – dənizəağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz.Ağlayaq doyunca, gülək doyunca.Baş-başa qaldıqca bu möhnətlə bizdöysün qapıları külək doyunca.

Döysün, qoy açmayaq. Yorulsun külək.Qəmli hicran qalsın qapıda dustaq!Bir an vüsalınla çırpınsın ürək.Sonra... sonra yenə biz ayrılmayaq!

Təbriz, 1946

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran