Barmaqların dil açır
Ayaqların döşəmədən bir qarış yuxarı.Qolların yeni pöhrə kiminazik, kövrək.Çal, qızım, çal görək.Gah qara, gah ağ dilə dəyir barmaqların.Çaşırsan.Eh... deyib yenə başlayırsan.Saçların tökülüb üzünə.Bilirəm, belə xoşlayırsan.Səslər gah ahəngə düzülür,Gah bir-birindən üzülür.Bəzən dolaşır;bir zaman ayaqlarının dardanı kimi.Bəzən sıralanırbir boyda muncuqların qatarı kimi.
Gah bir dilə vurursan,ikisi səslənir.Səslər qoşalaşır.Dillər qulaq asmır sənəbarmağının altından qaçır.Darıxma, qızım, darıxma!Barmaqların dil açır.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-barmaqlarin-dil-acir
← → düymələri ilə keçid, R — təsadüfi şeir