Uludağlı Bursada öldü?Bursada dedilər!Uludağdağlar dağıdır.

Bir şimşəkləqatar-qatar buludları dağıdır.Bir də həbsxanası varBursanın.Özü bədqılıq,pəncərələrində dəmir-barmaqlıq.Kərpicləri nəmli.Gündüzlər günəşə,gecələr ulduzlara baxırqəmli-qəmli.Uludağın bulaqlarısərindən sərin.Bursa zindanının zülmətidərindən dərin.Zindan havasındasəsi yaralı olur nəğmələrin.Nə Uludağdan əsən külək,nə yamacları örtən çiçək qoxusuduyulur burda.Bursada bir Uludağ varbaşı buludlu.Bursa zindanındabir ulu şairqəlbi üsyan dolu,şeir dolu.İllər keçib ağır-ağır;piyada yolçular kimiyorğun.Polisin ayaq səsləri gəlibquyu kimi dar həyətdən,yağlı-yağlı,yoğun-yoğun.Bəlkə sağdır deyirəm şair?Təki sağ olaydı.Zindan evindədustaq olaydı.Qaldıraydı yenidən səsini dünyaşairə azadlıq, deyə.Yuxusunda görəydi şair yenəəlləri qabarlı Anadolu kəndlisini.Sinəsində vərəmini bəsləyəntütün fabriki fəhləsini.Eşidəydi Pirayənin səsini.Düşünə-düşünəamansız mübarizəninyeni yollarını,sınayaydı dostların etibarını.Uludağ dururbaşı dumanlı,Bursa zindanı varyolları qanlı.Şair yoxdur artıq,olmayacaq.Ulu şair ölümünüsinəsində apardıBursadan.İnfarkt miokardo onuuzaqlarda vursa da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri