Ömrümdə yalan demişəmya az, yarım, ya çox –bilmirəm.Çocuqluqda yalan demişəmdoğruluğuna özüm inana-inana.Bəzən yalan demişəmdoğrunun qorxusundan,acısından dona-dona.Bəzən yalan demişəmiçimdən yana-yana.Bəzən yalan olubistədiyimə inandırmağayeganə bəhanə.Yalan eşitmişəm:ağ, qara, qırmızı.Bəzən “hamıdan gözəlsən” – deyibqurutmuşam göz yaşını,ovutmuşam şikəst bir qızı.Yalan var inanımlı,yerində, qısa.Dünya qəmli olmazmıdoğrunun əkiz qardaşıqərəzsiz yalan olmasa!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri