Səhifə 1 / 2

Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiya
imperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr
əsnasında bütün milli müəssisələrimizi dağıtmaq politikasını güdən çarlıq
məqsədinə pək də nail olmamıŞdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman
unutmamıŞ xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir
münəvvər nəsil yetiŞmiŞdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi
vasitələrlə xidmət etmək istəyirdi.
1903-cü ildə Uzaq iərqdə tarixi bir hadisə baŞ göstərdi. Avropa
mədəniyyətinə uyğunlaŞmıŞ Yaponiya Susima açıqlarında qoca rus
imperatorluğunun ta Baltik dənizindən qalxaraq gələn hərb gəmisini bir həmlədə
suyun dibinə batırdı; arxasından Port-Arturun fəthi və bir-birini qovalayan yapon
zəfərləri gəldi.
Bütün dünyanı, xüsusilə Yaxın iərq ilə Şəxsən Rusiyanı həyəcana verən bu
hadisə çarlığın əsrlər görmüŞ binasını sarsıtdı. Rusiya daxilindəki hürriyyət və
ixtilal ünsürləri hərəkətə gəldilər: bunlar çar rejimindən məmnun olmayan xalq
kütlələrini inqilablaŞdırmaq üçün əllərindən gələni əsirgəmədilər. Bu məqsədlə hər
tərəfdə hürriyyət və demokratik fikirlərini yayan təŞkilatlar quruldu.
Çarlığa qarŞı mücadilə (mübarizə) edən siyasi zümrə və siniflər çarlığı təŞkil
edən millətlər, zümrələr və siniflər qədər hər cür rəng və ahəng daŞıyan bir çox
partiyalara ayrılmıŞdılar. Fəqət bütün müxalifət və ixtilal partiyası və qruplarını
müŞtərək bir bölünmə xətti ilə iki cəbhəyə ayırmaq qabildi. Bunlardan bir qismi
Rusiyada parlamentli bir idarə təsisi ilə kifayətlənir, mütləq çarlıq (çarizm) rejimi
yerinə məŞruti (konstitusiyalı) bir krallıq qurmaq istəyirdi. Bunlar liberal-burjua
partiyaları idi. Radikal-demokratlarla sosialistlər ikinci qismi təŞkil edirdilər.
Bunlar çarlığın devrilməsini, yerində demokratik bir cümhuriyyət rejiminin
qurulmasını tələb edirdilər. Eyni zamanda siyasi bir inqilabla kifayətlənməyən bu
qrupa daxil olan sosialist partiyaları Avropa kapitalizmindən fərqli sosial bir
reform proqramının tətbiqini də vacib görürdülər.
Sosialist partiyaları idealist-xalqçı ideologiyasında sosialist-devrimçilərlə
(qısaca eser), tarixi materializm ideologiyası daŞıyan sosial-demokrat (qısaca eser)
zümrələrinə ayrılırdılar.

Bolşevik - menşevik mücadiləsi

Sosial - demokratlar məŞhur London konqresində (1903) ikiyə parçalanmıŞ;
bir qolu Leninin liderliyində bolŞevik, digər qolu da Martovun liderliyində
menŞevik fraksiyalarını təŞkil edirdilər.
O sıralarda Qafqaz çarlıq idarə sistemi daxilində bir visruvalıq (vitsekrallıq,
caniŞinlik) Şəklində idarə olunurdu. Əksəriyyətlə çar xanədanına mənsub
bir prins tərəfindən idarə olunan Qafqazın idarə və intellektual mərkəzini təŞkil
edən Tiflisdə menŞeviklər, petrol ocaqlar (neft mədənləri) ilə olduqca çiçəklənmiŞ
bir sənaye mərkəzi olan Bakıda mədən və liman iŞçiləri arasında isə bolŞeviklər
yuva qurmuŞdular. Sosial - demokrat partiyası Tiflis ilə Bakıda adətən bir qərargah
qurmuŞ, bu iki düŞmən fraksiyası ixtilal hərəkatı üzərində müəssir olmaq üçün
Qafqazın xalq kütlələrini qazanmağa çalıŞırdılar.
Məlum olduğu üzrə bu iki fraksiyanı bir-birinə toqquŞduran ana mövzu
məŞhur taktika məsələsi idi. MenŞeviklər rejimə qarŞı siyasi yolla mübarizə edərək
çarlığı devirmək, yerinə cümhuriyyət idarəsi qoymağa tərəfdar olub, sosializm
prinsiplərinin sosial quruluŞda müəssir olmasını tələb etdikləri halda, mövcud
kapitalizm Şərtləri içində sosial bünövrənin cəbr və inqilab yolu ilə deyil, tədrici
evolyusiya üsulları ilə gəliŞdirilməsini (inkiŞafını) tövsiyə edirdilər; bu məqsədlə
onlar burjua sinfinin çarlıq rejimi əleyhində olan liberal və radikal zümrələri ilə
siyasi koalisiya yapmağı lüzumlu görürdülər. Bir inqilab partiyası olaraq
konspirasiya və gizli fəaliyyətdə olmasına baxmayaraq, bu fraksiya üzvləri Şərtlər
əlveriŞli olunca qanuni imkanlardan da istifadə etməyi lüzumlu bulurdular: bu
məqsədlə onlar iŞçi (fəhlə) sindikalarına soxularaq bunları iŞçi sinfinin həqiqi
mənfəətlərini müdafiəyə ilk sırada önəm verməyə təŞviq edirdilər. Bir ixtilal
partiyası olaraq bulunduğu konspirasiya Şərtləri daxilində belə menŞeviklər
demokratik üsullara sədaqəti zəruri görür, təŞkilata daxil komitələrin aŞağıdan
yuxarıya gələn demokratik bir seçim ierarxiyasına qəti bir önəm verirdilər.
Halbuki bolŞeviklər buna tamamilə zidd olan bir taktika yeridirdilər; bir
kərə bunlar burjua partiyaları ilə hər cür koalisiyanın əleyhində idilər; siyasi bir
sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar iqtisadi bir sistem olaraq kapitalizmi
də devirmək əzmində idilər. IŞçi sindikalarına, iŞçilərin ekonomik mənfəətlərini
müdafiədən ziyada bunları rejimə qarŞı daima müxalif və mücadilə edən bir ixtilal
orqanı kimi baxırdılar. Partiyanın öz içindəki təŞkilat sisteminə gəlincə, aŞağıdan
yuxarıya gedən bir demokratik sistemi deyil, yuxarıdan aŞağıya gələn bir ixtilal
sistemini müdafiə edirdilər. “Inqilabçı azlıq” hakimiyyəti və mərkəziyyət bolŞevik
partiyasının dəyiŞməz Şüarı idi.
O zamankı Şərtlər daxilində Bakı Azərbaycan cümhuriyyətinin paytaxtını
təŞkil edən Bakı o zamankı Şərtlər daxilində yalnız Rusiyada sosialist
cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda
Qafqazda yaŞayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli
hərəkatına mərkəzlik yapan bir Şəhər idi.
Milli Azərbaycan hərəkatının hər dürlü siyasi, sosial, iqtisadi və kültürəl
(mədəni) hərəkatları üzərində müəssir olan mərkəzi müəssisələr əksəriyyətlə
burada bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında çalıŞan iŞçilərin böyük bir
qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin mühüm qismini Azərbaycan
türkləri təŞkil edirdilər. Bu səbəblə burada fəaliyyətdə bulunan ümumi ixtilal və
müxalifət cərəyanlarının yanında müstəqilən hərəkatda bulunan yerli və milli
qruplarla təŞkilatlar da vardı. O cümlədən tərəfimdən təŞkil olunmuŞ, üzvləri
müxalif rus liselərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk
tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli
hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə
ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmıŞ ixtilal
Şeirlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmıŞ bəyannamələr
dağıtmaq, iŞçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında
sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə üsulu ilə
intiŞar edən bir də “Hümmət” adını daŞıyan bir dərgisi (jurnalı) vardı.
Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaŞma və birləŞmələri öz
nüfuzları altına almaq üçün rəqabət edən bolŞeviklərlə menŞeviklərin fürsət
qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə də soxulur, hər necə olsa da
bizləri öz hesablarına qazanmaq istəyirdilər. BolŞevik fraksiyası Tiflisə nisbətən
Bakıda daha qüvvətli idi.
Gərək bəhs etdiyim bu dərnəyimizə soxulan propaqandistlərdən, gərəksə
baŞqa Şərtlər daxilində qarŞılaŞdığım çarlıq əleyhdarı bəzi Şəxslərdən Bakıda
bolŞevik fraksiyasını idarə edən Koba adında enerjili birisinin olduğunu
eŞitmiŞdim.

Stalinlə ilk təmas

Bakı Petrol Sənayesi IŞçiləri Sindikası adını daŞıyan bir təŞkilat vardı;
iŞçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluŞ pərdəsi altında
gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq
çalıŞan milli təŞkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən
sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobranın bizimlə görüŞmək
istədiyini xəbər verdi.*
Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllərində bir fabrikanın
iŞçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarŞımıza zəif, üzgün və * Məlum olduğu üzrə “Koba” Iosif Vissarionoviç CuqaŞvilinin ilk istifadə etdiyi uydurma addır.
Qafqazda ikən bu adı götürmüŞdü; Stalin adını isə sonra, Rusiya daxilində çalıŞmağa baŞlarkən qəbul
etmiŞdi. Yenə məlum olduğu üzrə “Koba” bir güclü romanından alınmıŞ çarlığa qarŞı mücadilə edən bir
çete qəhrəmanının adıdır.
ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə
çopurlanmıŞ üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və
sərbəst bir əda ilə qarŞıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danıŞırdı.
Adi xoŞ-beŞdən sonra söz siyasi və sosial məsələlərə keçdi.
iübhəsiz ki, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə gələcəkdi.
O zamankı sosialistlər, ümumiyyətlə, marksistlər, bolŞeviklərdə xüsusən iŞçi sinfini
və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba proletariat sinfinin digər
siniflərə nisbətlə tarixən üstün bir sinif olması üzərində durdu, dünyadakı
ədalətsizliklərin əsl səbəbi mülkiyyət əsasına dayanan kapitalist sistemindədir,
dedi. Dünyanı həqiqətən məsum görmək istəyən həqiqi hürriyyət və ədalət
tərəfdarları ona görə bu sistemi kökündən yıxmalıdırlar. Millətləri və çalıŞan
xalqları zülm və istibdadı altında tutan çarlıq bu sistemə əsaslanmıŞdır. Çarlığın
kökünü tamamilə kəsmək üçün bu mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir
inqilaba ancaq mülkiyyətlə bağlı olmayan proletariat sinfi hazır olar. Çünki o heç
bir Şeyə malik deyildir, onun malı ancaq iki əli ilə bir baŞıdır. Inqilab mövzusunda
yalnız proletariatın səmimiyyətinə inanmaq mümkündür. Marksistlərin məŞhur
seçilmiŞ sinif nəzəriyyəsinə uydurulan bu formulu Stalin bir də praktikada
rastladığı bariz bir misalla təsvir etdi. Mən, dedi, bir qrup iŞçilərlə konspirasiya
Şəraitində arada-sırada tapıŞır, təŞkilat və təbliğat iŞlərilə məŞğul olurdum.
Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaŞlara Şübhələndiyimi
söylədim, bu adam mənim heç xoŞuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra
bir neçə dəfə qarŞılaŞsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım,
nə oldu bu yoldaŞ, dedim, niyə gəlmir, deyə soruŞdum. IŞçilər:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Milli Dirilik V

Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu. İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır. Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır. Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız. Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır. Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik deyildilər. Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yaxud da rusca və ya fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdir. İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi. Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir. Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar. Bilməlidir ki, bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və ya fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər. Milli dilin dirildiyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir. Köhnə ədiblərlə ədəbiyyatın tarixini yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən olduqca müfid və lazımdır. Bu xüsusları nəzərə alaraq çox yaxşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı. Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır. Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?!

19146 dəq
Ey gənclik

EY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

1 dəq
Çağdaş Azərbaycan ədəbiyyatı

Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq.Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm.

195038 dəq
Çağdaş Azərbaycan tarixi

Xanımlar, bəylər!“Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim.

195138 dəq

Başqa şairlərin şeirləri