Səhifə 1 / 3

1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. Təntənəli Şəkildə ifadə olunmuŞ bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmıŞ, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmiŞdi. Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiŞ, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmıŞdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləŞdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, iŞdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maŞını) durmadan çalıŞır (iŞləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir Şəxsiyyət buraxmırdı.

Bakıda “Osobı Otdel” həbsxanasında

Bu Şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə
arkadaŞlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiŞ,
əski iirvan vilayətinin mərkəzi iamaxı civarında Qafqaziya sıra dağları ətəyində
Lahıc deyilən bir yerdə gizlənmiŞdik.
Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəŞf edilmiŞ, yaxalanaraq
Bakıya geri gətirilmiŞ və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin
fövqəladə iŞlər Şöbəsi olan “Osobı otdel”ə təslim edilmiŞdik.
“Osobı otdel”də bizi həbsxana halına gətirilən əski, böyük bir binanın bir
otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür
edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəŞ görməyən
qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və ümumiyyətlə, mebel
namına heç bir Şey yoxdu. Üstümüzə üzərimizdəki yay paltosunu çəkə bilsək də
altımıza döŞəyəcək bir Şeyimiz yox idi.
Ilk düŞüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi.
Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaŞ Abbasqulu da çarlıq
dövrünün həbsxanalarını boylamıŞ adamlar idik. O zaman da asfalt zəmin üzərinə
yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara
(gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir Şey bulunamazmı, deyə
maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeŞik vardı. Bunları bizim ricamız
üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları
altımıza döŞəyərək eləcə yatdıq.
Bir-iki gün iki yoldaŞ mətbəxin yeganə sakinləri idik, iki gün sonra “mətbəx
ailəsi” yeni gətirilən bir-iki “müsafir”lə də bollaŞdı. Bunlardan Şəhərdə olubbitənlərdən
bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimizin əhali üzərindəki ilk
əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi.
Cəlladlığı ilə hər tərəfə qorxu təlqin edən Pankratov kimi birisinin müdir
bulunduğu “Osobı otdel” həbsxanasındakı müqəddəratımız hər kəsi əndiŞədə
buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn
təsiri-icradan geri qalmırmıŞ.
Mətbəxdə bulunduğumuz üçüncü və dördüncü günü idi. Ilk dəfə olaraq
xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya qədər
ötürən birisi vardı. Ismini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının
baŞ caddələrindən birində zərgər mağazası tutardı. Indi bolŞeviklərin özəl (xüsusi)
iŞlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu “bolŞevik casusu” deyə
tanıyır. Indi bu “casus” bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir
“rekomendasiya” almaqdır. iəhərdə hər kəs onu bizə qarŞı pis rəftar etməklə
ittiham edirmiŞ. Halbuki bizimlə nə qədər yaxŞı rəftar etdiyinə Şəxsən biz Şahidik.
Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muŞtuluqlamaq üçün
gəlibmiŞ. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən
ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o bunu
onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxŞılıq yapmıŞ olduğunu
isbat etsin. Onu təskin etdim: “Söylənənlərə əhəmiyyət vermə - dedim. - Madam
ki, bir neçə gündən sonra hürriyyətə qovuŞacağıq, o zaman bir ziyafət verər, orada
sizin bizə nə qədər yaxŞılıq etdiyinizi deyərik, məsələ bitər”. Beləcə, əcaib bir
Şəkildə istənilən etibarnaməni rədd etdik.
Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmiŞdi. Yeməklər bir
qəzet kağızına bükülmüŞdü. Bu kağız bir neçə gün əvvəl intiŞar edən türkcə
“Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti
nə cür bir ciddi cəhdlə oxuyacağını, Şübhəsiz, təxmin edərsiniz. Qəzetə dərhal bir
göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun
imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini
əslinə yaxın bir Şəkildə burada nəql edirəm: “Məmməd Əmin Rəsulzadəni
vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta
gətirilməsinə qərar vermiŞdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu
xüsusda əmin olmasını və həyəcana düŞməməsini tövsiyə edirik”.
Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını təsdiq
mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi” də
bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə Iran məŞrutə
hərəkatında mənimlə bərabər çalıŞdığım Heydər xan Əmioğlunun da böyük bir
əlaqəsi olmuŞdur.
Heydər xan Iranın ən yaxın tarixində mühüm rol oynamıŞ qafqazlılardan
biridir. O, Iran məŞrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan)
deyə məŞhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli Şahın baŞ naziri
məŞhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi;
bunun kimi Təbrizdə yenə məŞrutiyyət mücadilələri əsnasında Şah tərəfdarı,
məŞhur irticaçı iücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə
partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində
dərin bir nüfuz və təsiri vardı. O zaman Iran inqilab hərəkatlarında Şah tərəfdarı
əski rejimlərə qarŞı mücadilədə yerli tərəqqipərvər və məŞrutiyyətçilərə yardım
üçün gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda
olur və baŞındakı bir qrup mücahidlərlə Iran hərəkatlarına iŞtirakla əlaqədar bəzi
kombinasiyalar düŞünürmüŞ. Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca,
Irandakı məŞrutiyyət hərəkatı zamanı yaranmıŞ dostluq naminə həmən hərəkətə
keçmiŞ, baŞda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu
Şəxslərinə baŞ vuraraq, “Məmməd Əminin baŞından bir tük belə əskik
olmamalıdır!” demiŞdi.
Anormal “mətbəx həyatı” yavaŞ-yavaŞ özünəməxsus bir forma alır. Saatlar
saatı, günlər günü qovalayır. Gələn yeni “müsafirlərdən” duyulan cürbəcür
söyləntilərdən gündəlik “həvadislər” alır, müqəddəratımızı gözləyirik. Bütün
bunları və mətbəximizdə öz formasını alan hər Şeyi burada təfsir etmək niyyətində
deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaŞıq suyu andıran
Şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat yazmaq
deyildir. Təfərrüata yalnız ələ aldığım əsl mövzu ünsürlərini bir-birinə bağlamaq
surətilə təmas edirəm.

Həbsxanada Stalinlə başbaşa

“Mətbəx”in yeni “müsafir”lərindən Şəhərdə olub-bitənlər haqqında məlumat
alırdıq. Bunlar Şəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin kəŞf edildiyindən
bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl Ordu tərəfindən
yeni iŞğal olunan Bakıda, burada qalan türkiyəli əski mühacir zabitlərindən bir
qismi ilə limanda olan matroslar arasında guya ki bir anlaŞma olmuŞ, bunlar
yerlilərdən bir qismi ilə sözləŞərək, hökumətə qarŞı qiyam hazırlayırmıŞlar.
“TəŞkilat” üzvlərinin görüŞ yeri Şəhərin əski Nikolay, sonra Parlament, indi
də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləŞən bir dükan imiŞ.
Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon” deyirmiŞlər.
“Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat
hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi. Mənə
xitab edərək, yoldaŞ Rəsulzadə (məhbuslara da yoldaŞ deyə xitab olunurdu),
arxamca gəlin, dedi.
Saat 17 idi, axŞamın bu gec saatlarında kameradan bu Şəkildə götürülənlər,
adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır.
Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaŞ Abbasqulunun rəngi qaçdı,
məlul və məhzun gözlərilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla
qucaqlaŞdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırmıŞ kimi ayrıldım. O,
titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə təsəlli
verirdim.
Mən öndə, gözətçi də arxada gedirik. Qaranlıq koridorlardan keçdik (neft
mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa
yandırılmaz). Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bu koridorla
Pankratovun hüzuruna aparılmıŞdım. Burada bir heyət məni istintaq etmiŞdi. Hiss
etdim ki, yenə Pankratovun yanına aparılıram.
Gəldik. Elə buradır. Iki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını
açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu
Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır.
Zabit məni qarŞılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nizamiyə borcumuz

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

19491 dəq
Nizaminin tərcümeyi-halı

Çöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;

194918 dəq
Şairin Azərbaycan hökmdarları ilə münasibətləri

Şairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.

194918 dəq
Nizami öz gözü ilə

Hər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.

19494 dəq

Başqa şairlərin şeirləri