Səhifə 3 / 3 · 67%

Vəziyyətimizin aydınlaşmasını istəyirəm

Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi “azadlıqdan” bir əsər-əlamət
yoxdur... ƏndiŞəm artır. Vəziyyəti aydınlaŞdırmaq üçün ağlıma bir tədbir gəlir.
Pankratovla görüŞürəm; ona:

  • İŞim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir.
    YoldaŞ Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülübsə, bu nə
    zaman gerçəkləŞəcək? Bu bir; sonra mənim iŞimlə əlaqədar Məhəmməd Əli ilə
    Abbasqulu da tutulmuŞlar. Bunların da mənimlə bərabər azad olunmasını rica
    edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi?
    “Mənim iŞim” təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum Abbasqulu ilə
    bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə bizimlə əlaqə
    saxladığı üçün həbs edilmiŞdir. Bundan baŞqa ta çarlığa qarŞı mübarizə illərindən
    bəri sıx əlaqələrlə bir-birimizə sıx bağlı idik. Məhəmməd Əli də Abbasqulu kimi
    müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daŞıyan yoldaŞlarım
    olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuŞdu. 1911-ci
    ildə Bakıda “Müsavat” firqəsinin təŞəkkülündə bu iki dost mərhum Nağı
    oğullarından Nağı ilə birlikdə gizli təŞkilatın ilk üçlüyünü təŞkil etmiŞdilər.
    Pankratov xahiŞimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə ikən mümkün
    edə bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiŞ edirəm:
  • Mənə ayırdığınız otaq, Şübhəsiz, daha təmiz, havalı və müstəqildir,
    təŞəkkür edirəm; fəqət orada yoldaŞlarımla birlikdə bir yerdə idim, məni təkrar
    yoldaŞlarımın yanına qovuŞdurmaq lütfünü əsirgəməyin, - dedim.
  • YaxŞı, - dedi, ayrıldıq.
    Təkrar mətbəxdəyəm. Məhbus yoldaŞlarımla bir neçə günlük ayrılıq
    həsrətini ortadan qaldırır, duyduqlarımız (eŞitdiyimiz) yeni hadisələri bölüŞdürür,
    dərdləŞirdik.

Yoldaş Stalin inciyib

Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir, gedirəm. “Osobı
otdel” Şefi ciddi əda ilə: - YoldaŞ Stalin Sizdən inciyib, - deyir.
Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək Stalinin:

  • YoldaŞ Rəsulzadənin etimadsızlığını haradan qazandıq. Mənim vədimə
    niyə Şübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından
    bunları deyir:
  • Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər
    Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar.
    Ġstəsəniz ailənizi də Özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst
    olacaq, həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz
    burada qalmalı olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq.
    YoldaŞlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər.
    Nəticəni evə və onların vasitəsi ilə yoldaŞlara çatdırdım. Yolçuluğa
    hazırlaŞır, hərəkət gününü gözləyirik.

Tam yerinə yetirilməyən vədlər

Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd
Əlini saxladığı baŞqa bir həbsxanadan “Osobı otdel”ə köçürdülər, mənimlə birlikdə
azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona icazə verməmiŞlər.
Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt
doğulmuŞ iki aylıq oğlum Azər yatırdı. Atasının öpüŞündən oyanan uŞaq ağlayır.
Onun və digər ailə üzvlərinin və bu anda evə toplaŞan yaxın qohumların üzüntüləri
və xeyir-duası içində vidalaŞaraq, qapıda gözləyən maŞına minir, vağzal yoluna
çıxırıq.
Dükan-bazarı bağlı, dərin bir hüznə dalan Bakının səssiz, həzin
küçələrindən keçirik. Vağzala gəldik. Moskva qatarı gözləyir. Stalinin gedəcəyi
salon-vaqona mindirildik, baŞda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo
Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan
Semyon Midivaninin doğma qardaŞı) və baŞqaları burada idi. Stalin bizi qarŞılayır.

  • Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər.
    nədənsə onun əleyhinə böyük hiddət var, - deyir.
    Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə salamlaŞır və dərhal:
  • Abbasqulu hanı? - deyə soruŞdu. Abbasquluya icazə vermədilər deyirik.
    O, tam bir heyrət içində:
  • Hm.., biz onun da getməsini demiŞdik... - deyir.
  • Siz ola bilsin ki, demiŞdiniz, amma olan oldu, icazə vermədilər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nizamiyə borcumuz

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

19491 dəq
Nizaminin tərcümeyi-halı

Çöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;

194918 dəq
Şairin Azərbaycan hökmdarları ilə münasibətləri

Şairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.

194918 dəq
Nizami öz gözü ilə

Hər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.

19494 dəq

Başqa şairlərin şeirləri