Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı
Səhifə 2 / 3 · 33%
- YoldaŞ Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi.
- Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim.
Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən
zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən
Pankratova müraciətlə, bizi buraxın, dedi.
Pankratov çıxdıqdan sonra mənə: - Çətin günlərdə bərabər çalıŞdıq, indi isə toqquŞduq, - dedi.
- Dünya belədir, hər Şey ola bilər, - dedim.
- Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi.
Mən bir ləhzə gözünün içinə baxdım. - “Müsavat” partiyasına mənsub olmaq töhmətilə iŞçilərin qruplar halında
güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxŞı olacağını
düŞünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram,
çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.
Stalin mövzunu əlüstü dəyiŞdirdi. - Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu
öyrəndim. Sizinlə görüŞəcəyimi yalnız dr. Nərimana söylədim, - dedikdən sonra
sözünə davam etdi. - Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən
qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü
olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva
görmürəm. Siz əski mübarizə yoldaŞısınız. Ziyarətimin yeganə səbəbi də budur.
Çar istibdadına qarŞı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və
əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir Şəxsiyyət olduğunuzu təqdir
edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir
insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz
mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə Şəxsən tövsiyə edirəm, çünki
buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni
bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər - istəsəniz dünyanın seçdiyiniz hər
hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. DüŞünün, daŞının, bəlkə də bizimlə
əməkdaŞlıq yaratdınız!..
Stalinin “Rusiya”dan bəhs açan rəsmi “müqəddimə”dən əski “mücadilə
dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni
Şəkildə cavab vermək lazım idi. - Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaŞlıq” müzakirə mövzusu
ola bilməz, yoldaŞ Koba, - dedim. - Bəli, haqlısınız, biz 1918-ci ildə buraya iaumyanı göndərməyəcəkdik, -
dedi.
Bu cümlə ilə nəyə iŞarə edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan
tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxŞı anlamazlar. Bunun
üçün bir az təfsilat verim:
iaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz
fövqəladə komissarlığına təyin olunmuŞ kommunist bir erməni idi. Hələ
bolŞeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama
eyni zamanda iərqi Anadoluda hənuz rus orduları iŞğalı altında olan vilayətlərdə
Böyük Ermənistan təŞəkkülü məqsədilə bir referendum təŞkil etmək vəzifəsi də bir
dekretlə bu iaumyanın öhdəsinə buraxılmıŞdı. 1905-ci ildən bəri tanıdığım
iaumyan 1918-ci ilin baŞlarında Bakıda mənimlə görüŞərək öz missiyasından bəhs
etmiŞ və “Müsavat” firqəsinə əməkdaŞlıq təklifində bulunmuŞdu. Bizdən hüsniqəbul
görməyən iaumyan sonra Tiflisə getmiŞ, orada gürcü menŞeviklərinin
Şiddətli bir müxalifətilə qarŞılaŞaraq təkrar Bakıya qayıtmıŞ və burada eyni ilin 31
martında cəbhələrdən dönüb, Bakıda cəmləŞmiŞ rus hərbi hissələrini təhrik edərək
Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmiŞdi.
Stalin indi bu hadisəyə iŞarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki
mart faciəsinin bütün qəbahətini iaumyanın boynuna yükləyir, digər tərəfdən də o
zamanın erməni məsələsində alınan bolŞevik istiqamətini sözarası tənqid etməklə
türk-erməni ixtilafını istismar etmək istəyirdi.
Stalinə dedim: - Məsələ iaumyanın Şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə deyil, siz
buraya indi də gəlməməli idiniz!
Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə “nə üçün” deyə
soruŞurdu: - Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus
hakimiyyətinin təsisindən baŞqa bir Şey ola bilməz, - deyə soruŞurdu. - Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus
hakimiyyətinin təsisindən baŞqa bir Şey ola bilməz, - deyə davam etdim.
Fikrimi bir misalla izah edərək əlavə etdim: - Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar,
bu necə olar? - deyə soruŞdum: - Bizdən daha yaxŞı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi.
- Fəqət rus xalqı da daha yaxŞı idarəni necə qəbul edər?.. Təxmin edə
bilməzsinizmi? - cavabını verdim.
Stalin mənalı bir baxıŞla üzümə baxdı... Bu baxıŞda rus xalqının ruhiyyatını
mən daha yaxŞı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə düŞündükdən sonra
mövzunu dəyiŞdirdi. - YaxŞı, dedi, - olan olub, keçən keçib. Indi nə düŞünürsünüz, ondan
danıŞaq. - Sizin, - dedim, - burada Pankratovun bu masası baŞında bir heyət məni
istintaq edirdi. Istintaqı idarə edən müstəntiq, fəhlədən yetiŞmə bir gənc idi.
Məndən soruŞurdu. - Dağlarda dolaŞırdınız, orada yaxalandığınız zaman nə düŞünürdünüz? -
deyə məndən cavab gözləyirdi. Ona: - Hadisələri müŞahidə ilə məŞğul idim, - cavabını verdim. Qane olmadı.
Məni daha çox danıŞdırmaq istəyirdi, dedi ki: - Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan
hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir
adamın hadisələr qarŞısında passiv bir müŞahidə durumunda qaldığına inana
bilərəmmi? Biz sizin həbsxananızda ikən düŞünür, özümüzə görə bəzi planlar
qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir
Şey düŞünmür, sadəcə, müŞahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? - deyə
müstəntiq üzümə baxdı, ona: - Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiŞ
olar, - cavabını verdim.
Onunla səmimiyyətlə, əlbəttə ki, danıŞa bilməzdim; çünki məni yaxŞı
tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir Şey deyə düŞünər, səmimi
qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danıŞan Kobaya
müstəntiqin anlamadığı “ədalət”in əsl səbəbini izah edə bilərəm.
Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını
tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət
göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim
qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım
gəlirdi. Halbuki yaŞadığımız Şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr
iərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düŞmən
vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün
Azərbaycandan keçid istəmək Şüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə
burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı
aldadırsınız. YaranmıŞ bu Şərtlər daxilində biz iki od arasında qalan bir adam
vəziyyətində idik. Bu vəziyyətdə bizə əlveriŞli vaxt gəlincəyə qədər gözləmək
lazım gəlirdi. Müstəntiqinizin anlamadığı Şey bir “ətalət” deyil, bir “intizar” idi.
Sovet iŞğalını tanımayaraq yenidən fəal mübarizəyə baŞlamaq haqqını saxlamaqla
əlveriŞli bir Şərait yaranıncaya qədər gözləyəcəkdik. Stalin: - YaxŞı, fərz edək istədiyiniz Şərtlər mövcuddur və öz qüvvələrinizlə
hərəkət etmək imkanındasınız; o halda bizə qarŞı nə edərdiniz? - deyə soruŞdu. - Heç düŞünmədən həmən sizə qarŞı qiyam qaldırarıq, - dedim.
- YaxŞı, amma siz kiçik bir məmləkətsiniz, öz baŞınıza müstəqil olaraq
özünüzü idarə edə bilməzsiniz; baŞqa böyük bir dövlətlə necə də olsa, anlaŞmanız
lazımdır, - dedi; mən: - Bu təqdirdə biz yenə böyük qonŞumuz olan sizinlə anlaŞardıq, fəqət
Nərimanın anlaŞdığı tərzdə yox, - dedim.
Stalin güldü: - Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla; anlaŞdıq?! - dedi.
Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir
nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hürriyyət”ə gətirdi. Bakıda
qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona
dedim ki: - Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus
olaraq düŞünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində
sağlam bir baŞ ilə düŞünüb, həll etməyə üstünlük verirəm. - YaxŞı, - deyə razılaŞdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət
əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruŞması münasibətilə
anlatmıŞ olduğumdan, içəri girən Pankratova: - Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib
bir otağa köçürün və ailəsinə də onunla görüŞmək imkanı verin, - deyə əmr etdi.
Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarını sevinc
içində idilər. Abbasqulu arkadaŞımın isə Şadlığı intəhasız idi.
Belə ha, demək bu gediŞ “xərclənmə” gediŞi deyilmiŞ!..
Xüsusi otaq
Iki-üç saat sonra gözətçi təkrar gəldi. “ƏŞyanızı yığın, yoldaŞ Pankratov Sizi
münasib bir otağa köçürmək haqqında əmr verdi”, - deyir.
Mətbəxdəki dostlarıma təkrar bir hüzn və əndiŞə gəlir. Bu hiylə olmasın
deyə düŞündükləri üzlərinin ifadəsindən, gözlərinin baxıŞından bəllidir. Mən
dostlarımdan çox da ayrılmaq istəmirəm, amma rədd etmək də yaxŞı düŞməz.
Baxaq görək sonrası necə olur... Dostlarımla vidalaŞır, gedirəm; gözətçi əŞyalarımı
arxasına alıb, dalımca gəlir.
Məni Pankratovun özünün yaŞadığı mənzilin yanında qapısı müŞtərək
balkona çıxan xüsusi bir otağa gətirirlər. Çıl-çılpaq olan bu otağın mətbəxdən fərqi
yerinin taxta olması və bir də çarpayı yerini tutan taxtadan bəsit bir çarpayının
olmasıdır.
Payızın sonları olduğundan otaqda isitmə sistemi olmadığından insanın
iliklərinə iŞləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən taxta
parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa isinirdik. Əlavə
olaraq orada maddi istilikdən baŞqa mənəvi bir hərarət də var idi; bir icma halında
yaŞayır, dərdləŞirdik.
Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir fürsətlə balkonun
kənarına gəldim və oradan özümün salamat olduğumu göstərdim. Sevinclərini
uzaqdan bildirdilər. Abbasqulu hava öpüŞləri göndərirdi.
Bir gün belə tənhalıqda keçdi. Ertəsi gün məni rəfiqəmlə görüŞdürdülər.
Evdəki və Şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti söylədim və
Stalinlə olan söhbətin xülasəsini bildirərək, dostların nə düŞündüklərini və nə
tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim.
Beləliklə, dostlarla aramızda bir əlaqə yaranmıŞ oldu. Bu vasitə ilə Şəhərdə
olub-keçənlər haqqında əməlli-baŞlı məlumat ala bildim. Bizim tutularaq Şəhərə
gətirilməmizin ümumi bir həyəcan doğurduğunu, rəsmi hökumət xəbərinin bu
həyəcanı sakitləŞdirmək məqsədilə belə bir diplomatik əda ilə yazılmıŞ olmasının
səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim xatirimə etdiyi
cəsuranə demarŞın təfsilatını xəbər aldım. Dostlar Moskvaya getməyimi daha
münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiŞ, hər cür sürprizlərə hər zaman
məruz qala bilərəmmiŞ.
Kitabxana.az · https://kitabxana.az/works/resulzade-stalinle-ixtilal-xatireleri-azerbaycan-cumhuriyyetinin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Nizaminin tərcümeyi-halıÇöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;
Şairin Azərbaycan hökmdarları ilə münasibətləriŞairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.
Nizami öz gözü iləHər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.
Başqa şairlərin şeirləri
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Səadətnamə, 42نقل دارم از حجة الاسلامکه: «پدید آمد اندر این ایام
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
OlmuşEy bivəfa, qədir bilməz dilbərim,Şikayətim səndən bir kitab olmuş.