Bakıda bir kənddə mühavirə
Kəndli:— Denilir, elm oxuyun, sözləri hər anda bizə,Bunu təsdiq ediyor ayeyi-Quran da bizə,
Axund:— Hansı Qurandır o ki, onda yazılmış bu xəbər?Şiə mollası yazan türkicə Quransa əgər,Mən onun yazdığı Qurana yavıq durmayıram,Maşa ilə yapışıb, əl də belə vurmayıram.
Kəndli:— Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,Elmin icabı üçün ondakı təqdiri oxu!
Axund:— Ox, apar bir yana at sünni yazan təfsiri!Başına dəysin onun tərcüməsi, təhriri!Bizlərə molla filankəs yazan asar gərək!Biz olaq ondakı məzmunə xəbərdar gərək!
Kəndli:— O yazıb: yer öküzün buynuzu üstündə durur,Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!
Axund:— Buna şübhən də var?
Kəndli:— Əlbəttə, inanmam bu sözə!
Axund:— Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-bakida-bir-kendde-muhavire
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İştə bir hey’əti-təhririyyəBulunur ən uca bir məşğələdə…
Qurulubdur yenə meydani-həyahayi-süxənQurulubdur yenə meydani-həyahayi-süxən,Yazılır şe’r, açılır pərdeyi-mə’nayi-süxən;
ZahidlərəAç dilini, yum gözünü, zahida,Vird oxu, heç anlama mə’nasını!
Lə’nət sənə, ey cəhl, nə bidad ediyorsan!Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!Hər gün yeni min məl’ənət icad ediyorsan!