Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!Bir diyarın ki, olur ə’yanı yeksər cibdust,Zilli-Sultan çağrılır, sərdar olur, əlbəttə ki!Kamiran mirzalərin təşviqidir ki, "bəst"dəƏyləşənlər büsbütün biar olur, əlbəttə ki!Söyləyir bunlar ki, şah Qacar ikən naib ona,Bizcə, həmnəsli olan Qacar olur, əlbəttə ki!Məndən olsa Məmdəli layiqlidir naibliyə, –Onda Iran bir gözəl gülzar (?) olur, əlbəttə ki!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə