Məktəb, məktəb, nə dilgüşasən,Cənnət, cənnət desəm səzasən.Şadəm, şadəm təfərrücündən,Əlhəq, əlhəq, gözəl binasən!

Ətrin, ətrin güli-cinadır,Feyzin, feyzin həyati-candır,Qüncən, qüncən səfayi-vicdan,Nurun, nurun ziyafəşandır!

Tahir, zahir hünərlərin var,Bahir, zahir səmərlərin var,Dərya-dərya təməvvücündəParlaq-parlaq gühərlərin var!

Dəftər-dəftər xəbərlərin var,Rəhbər-rəhbər əsərlərin var,Mişgin-mişgin qələmlərindəAhu-ahu nəzərlərin var!

Himmət, himmət səninlə ali,Xaki-və1tən səninlə hali,Sənsən, sənsən ümum nasinNitqi, fikri, dili, məqali!

Gülşən, gülşən lətafətin var,Rövşən-rövşən səadətin var,Vazeh-vazeh bəyanlarındaŞirin, şirin hekayətin var!

Olsun, olsun səninlə xoşhal,Yetsin, yetsin kəmalə ətfal,Görsün, görsün pəsərlərində,Sabir-sabir pədərlər iqbal!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri