Bu qılınc da sənin, bu daş da sənin
Bax, qardaşım, baxmən də bir güzgü tuturam üzünə.Öz taleyini göstərirəm özünə,Min illərmin düşmən aynasındaəyri göstərildin,Elə deyilsən!Sən bir qəhrəmansan, kölə deyilsən!
Dünya sənin yaşıdın,süngülərinin ucunda hürriyyət daşıdın!Nəfəsində cənnətə çevirdin bozqırları.Dünyanın səhərinə yüyürdüboz qurdların.Göydə Tanrı işığısan,Yerdə torpağın həvəsi.Qitədən qitəyə körpü salıb“Türkəm!” deyən səsin.
Bax, qardaşım, bax!Ötüken yaylalarıbeşik kimi yellənir,Orxonda, Yeniseydəlaylaların dillənir,O tarix karvanıdı,aşır Tanrı dağından,Altaydan, Ağ dənizəyol salır sorağından...İrqinin qanadlarıdörd qitəyə gərilib.Özünü kiçik sanma,dünya sənə verilib.
Bax, qardaşım, bax!Haraya üz tutdunsaapardığın ulu niyyət,Atlarının dırnağındangöyərib mədəniyyət.Ox atdın raket oldu –ulduzlara yüyürdün.Haqqa qovuşmaq üçünzülmətlərə yeridin.Min-min yuva qurmusanəllərində süslənib,Millətlər körpə uşaq –qucağında bəslənib.Gündoğandan günbatanabayrağının işığıSən haqqın aşiqisən,xalqım, sən haqqa şığı!
Bax, qardaşım, bax!Aynadan nə boylanır!Qılınc gərəkən yerdəçiçəyə dönməyimiz.Yurdu tənha buraxıbyada söykənməyimiz.Namərd tələ qurandasözə güvənməyimiz.Meydan açıb, qan tökübqardaşı yenməyimiz!
Bax, qardaşım, bax!Süzülən göz yaşıma,Mən ad tapa bilmirəmözümlə savaşıma,Mənəm qanadlı atadüşməni mindirən də,Çatdığım ocaqlarasu töküb söndürən də.Dünya yanır şam kimiPərvanəsi mənəm, mənYol verib yolsuz qalandivanəsi mənəm, mənQəm dolu ürəklərinmeyxanəsi mənəm, mən!
Bax, qardaşım, bax!Bu tarix də sənin, bu haqq da səninGöyü yeləninə taxıb gətirənQanımı dirildən bayraq da sənin,Bu qılınc sənindi, bu baş da sənin,Qılınc işləməyən, qurşun yetməyən,Ruhumda bir bitməz savaş da sənin!
Bax, qardaşım, bax!Bir haqq nəğməsi var dünyanı gəzənQeyb olub gedəcəkOnu bilməsən!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-bu-qilinc-da-senin-bu-das-da-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər şəxs gərək eyləyə bir sənətə xidmət,Bir iş görə, ta olmaya mehtaci-cəmaət.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,