Bilikdəndir hər zəfər,Ondan doğar şən səhər.Bilik əqlə yoldaşdır,Günəş ilə qardaşdır.Zəfər, səadət deyə,Sarılın bu biliyə,Yayın onu hər yana.Xalqımız gəlsin cana.Bağ, bağçamız güllənsin,Bülbülləri dillənsin.Şənlənsin, tarla, çəmən,Sevinsin ana Vətən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar