Çocuq və qaya
Bir qayaya çıxmış idi bir çocuq,Gördü qayanın içi oyuq-oyuq.Baxdı yenə qarşıdakı dağlara,Dərələrə, təpələrə bağlara.Şövqdən oldu o çocuq biqərar,Başladı qışqırmağa biixtiyar.Gəldi qayadan ona əksi-səda,Eylə bildi başqa çocuqdur o da.Sevinərək səslədi: “Ey, gəl bura!”Aldı qayadan cavabın: “Gəl bura!”Hər nə ki bu uşaq ona söylədi,Daş qayalar rədd cavab eylədi.Qaldı məhəttəl bu işə o uşaq,Birdən onu söydü: “Ey eşşək, axmaq!”Gördü ki o uşaq da söyür bunu.Acıqlanıb istədi tapsın onu.Durdu qayanı gəzib axtarmağa,Buna söyən uşağı tez tapmağa.Gəzdi, dolaşdı qayanı hər qədər,Tapmadı ancaq o uşaqdan əsər.Oldu bu işdən uşağın qəlbi qan,Evlərinə qayıtdı çox pərişan.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-cocuq-ve-qaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.
KöçMayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.
DaşqınBaharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.
GöbələkTiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.
Başqa şairlərin şeirləri
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Yarı-yarı, bütöv-bütövÇox şeyimiz bütöv deyil,Çox şeyimiz yarı-yarı…
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş