Çox şeyimiz bütöv deyil,Çox şeyimiz yarı-yarı…Yarı şərik, yarı xeyir,Sevməyimiz yarı-yarı…Yarıürək, yarı başıq,Tamam yarıvətəndaşıq,Yarı gülləatanlarıq,Yarı haqqı tutanlarıq,Yarı qorxaq, yarı igid,

Yarı imam, yarı seyid,Yarı nəcib, yarı kinli,Yarı şiə, yarı sünnü,Vicdanımız yarı-yarı,İmanımız yarı-yarı…Yarı ağa, yarı kölə,Yarı ağlar, yarı gülər.Yarı bizli, yarı sizli,Yarı gözsüz, yarı gözlü,Yuxumuz, bəllimiz yarı,Səxavət əlimiz yarı…Yarı ondan, yarı bundan,Yarıyacan bəni-insan.Nağıllarda olduğutək,Yarı balıq, yarımələk…Hüsnü-cəmalımız yarı,Ağıl-kamalımız yarı…Yarı qurduq, yarı sürü,Yarı sağıq, yarı ölü…Suyumuz, dənimiz yarı,Hətta vətənimiz yarı…Hətta süslüyümüz bütöv,Nadürüstlümüz bütöv,Milli korluğumuz bütöv,Rüşvətxorluğumuz bütöv…Rütbə savaşımız bütöv,Əlimiz, başımız bütöv…Burun-qulağımız bütöv,İtmiş papağımız bütöv,Çərənçiliyimiz bütöv,Mənəmçiliyimiz bütöv,Yuxu yastığımız bütöv,Qohumbazlığımız bütöv,Bölmək ənənəmiz bütöv,Yerliçi genimiz bütöv,Bü dərd-mərəzimiz bütöv,Tayfa-ərazimiz bütöv.Çox bəd işlərimiz bütöv,Keçməkeçlərimiz bütöv…Yarı bütöv, bütöv yarı,Xəmirimiz belə bişib…Bu millətin, bu diyarınTa Allaha qalıb işi…Bizə özün çarə elə,Xilas elə, Tanrı, bizi…Tamımızı yarı elə,Tama çatdır yarımızı…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri