Ölmək hüququndan qeyri…
Ölülər sağ, sağlar ölü,Bu nə cürə zəmanədir…Fitrətindən yerin, göyünPozulubdur müvazinət…Dünənimiz sabahımızdır,Bu günümüz binəsibdir.Müqəssirlər günahsızdır,Günahsızlar müqəssirdir.Heyf, qalanlara, heyf,Ey yatanlar, ayıq olun.Bir ləkəsiz bəşər deyin,Heykəlini qoyaq onun…Hamı laqeyd biganədir,Bu nə cürə zəmanədir…Natəmizlər salıb şərə,Təmizləri sürdürürlər,Ölüləri dirildirlər,Diriləri öldürürlər,-Xilasımız ağlamaqdır,Himnimiz də mərsiyədir…Bütün işlər baş-ayaqdır,Bütün sözlər tərsinədir…Biz hürriyyət deyə-deyəQayıdırıq köləliyə.Gələcəyi döyə-döyəKeçmiş çıxır irəliyə…Dərd əlindən dağa cumub,Nə qədər bəlalı qaçır.Əyrilər qabağa cumur,Düzlər dalı-dalı qaçır…Bütün üzlər olub astar,Bəylik, xanlıq, qoçuluqdur…Mənəviyyat dünyamızdaKasıblıq, yolçuluqdur…Dağılıbdır bütün sədlər,Qalanıb dərdlər üst-üstə…Fəlakət də, müsibət dəBir-biriylə bəhsəbəhsdə…Qeyrəti, namusu atıb,Qarabağı verdik yada.Kişilərə ləçək, yaylıq,Papaq verin arvadlara…Tüpürüblər məhəbbətə,İndi hamı pul axtarır…Qızlar düşüb məzəndədən,
Bəylər varlı dul axtarır…Dovşana qaç, ovçuya vur,Tazıya hür öyrədirlər…Dilsizləri dilsiz qoyur,Lallara dil öyrədirlər…Düz danışan yazarlarıEhtiyacla şərlədirlər.Bala-bala azarladıbBala-bala çərlədirlər…Millət quruca söz olub,Ölmək hüququndan qeyri,Bütün hüquqlar pozulub…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-olmek-huququndan-qeyri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
BeytlərMin ev yıxıb tikirsiniz bir boş minarəƏrşə çıxıb qonaq gedin pərvərdigarə.
Qəmi-fəraqın ilə dərdnak olub gedərinQəmi-fəraqın ilə dərdnak olub gedərin,Nə dərdnak ki, qəmdin həlak olub gedərin.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım