Bizimdir
Bu gördüyün şən-şən ellər bizimdir!Qarlı dağlar, coşqun sellər bizimdir!Bizimdir bu əngin, atlas ovalar,Qoynunda qartal bəsləyən qayalar,Şux səslərlə dolu isti yuvalar,Daşqın çaylar, durğun göllər bizimdir!
Uçurumlu göy dərələr, ormanlar,Yamacında tütək çalan çobanlar,Ətəyində dalğalanan heyvanlar,İldırımlı dağlar, çöllər bizimdir!
Rüzgar oynar dərəsində, dağında,Quşlar ötər çəmənində, bağında,Qönçə güllər açar hər budağında,Şən bülbüllər, dadlı dillər bizimdir!
Lalə üzlü qızlar, canlı çiçəklər,Şux gəlinlər, sevgi doğan gərdəklər,Şən balalar, dağ gövdəli erkəklər,Sadə, təmiz, saf könüllər bizimdir!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-bizimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələrSimaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Mən bir susmaz duyğuyam ki(ŞƏRQİ)*Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.