Tülkü və aslan
Meşədə tülkü axtarırdı şikar,Qızmış aslana birdən oldu düçar.Salladı zorba, tüklü quyruğunu,Yalmanıb hiylə ilə öydü onu:– Tanıyıram, – dedi, – ata-ananı,Əslini, nəslini, ulu babanı.Atana mən çox etmişəm xidmət,Bəsləyirdim ona böyük hörmət.Bu sayaq o, dilə tutub şiri,Ürəyində tökürdü tədbiri.Gəldilər bir uca dağın başına,İstəyirdi zəhər qata aşına.Tülkü həsrətlə çəkdi bir neçə ah,Dedi: – Məhrum atan sənin, ey şah,Ayağını vurardı torpağa,Atılardı bu dağdan o dağa.Hanı bu şirlərdə o cürət,O hünər, o qoçaqlıq, o qeyrət!Eşidib şir bunu qəzəbləndi,Tülküyə əyri baxdı, hirsləndi.Ayağını vurub dağa o zaman.Tez atıldı qürur ilə aslan.Dərəyə baş-ayaq yuvarlandı,Tülkünün hiyləsinə aldandı.Qırılıb qol-qabırğası, ölü təkDüşdü bir yanda; dərdli inləyərək,Çağırırdı o, tülkünü köməyə.Endi tülkü yavaş-yavaş dərəyə.Dedi şirə ki: – Səndə yox cürət,Nə hünər, nə qoçaqlıq, nə qeyrət.Heç yaraşmır bu aslan adı sənə.Vurdu şirə acı-acı tənə:– Nə deyirsən de, gəlmişəm köməyə.Quyruğun saldı ağzına yeməyə.Dedi aslan ona: – Sən, ey əyyar!Gəl başımdan ye, gör nə ləzzəti var!Dedi tülkü: – Tələsmə, ey nadan,Quyruğundan yeyə-yeyə əlan,Başına da yavaş-yavaş çataram,Qan içən kəllənə zəhər qataram.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-tulku-ve-aslan-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yormuşdu bütün ruhumu, əfkarımı alam,Bir dağ ətəyində düşünürdüm təkü tənha.
Qış gecəsiZülmət bürümüş göyü... uğursuzGöylərdə görünməyir bir ulduz.
Zamanın inqilabçılarınaHardasız, ey vətən qayıqçıları?Qaldı dərya üzündə yelkəniniz.
Sükutumdan şikayətçi bir qadınaSoruşursan: – Nədir bu əczü sükut?– Məni hüsnündür eyləyən məbhut,
Başqa şairlərin şeirləri
دو چشمست آدمی را بی ضرورتبرای دیدن معنی و صورت
به اختیار دلی برد چشم یار از منکه دور از او ببرد گریه اختیار از من
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.