Keçmişləri unut, quzum, artıq ona əl vurma!O dumanlı pərdələri üzərindən qaldırma!Ora min-bir nərdivanlı quyu olmuş hər zaman,Hər nərdivanda yuxlayır bir əjdaha, bir ilan.Sakın, açma, açma, quzum, o quyunun ağzını.Çalma artıq keçmişlərin ruh inlədən sazını.Burax onlar o qaranlıq məzarlığa atılsın,Razı olma gənc ömrünə, gülüm, zəhər qatılsın.İrəliyə doğru yürü, yersiz arxana baxma!Gələcəyi düşün daim, onu gözdən buraxma!Unutma ki, o alnının altında nurlu gözlərİrəlini görmək üçün verilmişdir, yol izlər.Sən o parlaq yol izləyən gözlərini daima,İrəliyə dik hər zaman, yürü, yürü və durma.O dumanlı, fırtınalı keçmişlərdən uzaqlaş!Odlu, mətin addımlarla yürü, yürü, durma, arş!İrəlidə, inan ki, bir cənnət kimi cahan var,Sabah günəş orda doğar, səadət orda parlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri