Üç it
Səhifə 2 / 2 · 50%
– Toplan nənəmi hamıdan çox sevir, – dedi.
Ballı nənə Toplanı oxşayaraq:
– Bilirsinizmi, o məni niyə çox sevir? Qulaq asın, danışım, bizim yaxın tanışlardan birinin qapısında cins bir it yaşayırdı. Bu it də çox adamın gözü var idi. Ona yüz manat verənlər də olmuşdu, yiyəsi satmayırdı. Günlərin birində bu it üç küçük doğdu. Küçüklərin gözü açılmamış mən gedib bu Toplanı gətirdim, onu süd ilə bəsləyib böyütdüm. Yazıq, ana südü əmmədiyindən, ana üzü, ana məhəbbəti görmədiyindən belə sərtdir, soyuqdur.
Bu söhbət uşaqların çox xoşuna gəldi. Onların hətta Toplana ürəkləri də yandı. Tərlanı öz Alabulasının da tərcümeyi-halı maraqlandırırdı Odur ki, fürsətdən istifadə edib nənəsindən onun haqqında da danışmağı xahiş etdi. Öz nəvələri və uşaqlarla söhbəti çox sevən Ballı nənə Tərlanın xahişini məmnuniyyətlə qəbul etdi:
– Soyuq, boranlı qış günü idi. Artırmanın bir bucağında Toplanın altına köhnə palaz salmışdıq, orada uzanmışdı. Bir də gördük ki, həyətə bir küçük girdi. Toplan onu görüncə qulaqlarını şəkləyib həyətə qaçdı. Küçük ilə bir az burunlaşdı, qoxulaşdı, sonra arxasına salıb onu artırmaya, öz evinə gətirdi və öz palazının üstündə ona yer verdi. Hər ikisi uzanıb, bir-birini yalayırdı. Toplan onu evinə qonaq gətirəndən sonra mən onu qova bilərdimmi? O gündən bu it də bizim evdə qaldı, adını Alabula qoyduq. Mən ona çörək verdim, yedi, Toplan çörəyə ağzını da uzatmadı.
Ballı nənə burada söhbətini kəsib, onu diqqətlə dinləyən uşaqlara baxdı. Sonra Toplanı oxşayaraq, sözünə davam etdi:
– O gündən Toplan Alabulaya iki şeyi qadağan etmişdir: birinci, onu otağa girməyə qoymaz, Alabula başını qapıdan içəri uzadınca onu dişləyib qovur. İkinci də, mən əlimi Alabulanın başına çəkib mehribanlıq edəndə özündən çıxır, tez üstünə atılıb onu dişləyir.
– Ha, görürsənmi, mənim itim necə qonaqsevən və mərhəmətlidir! Bəs sən deyirsən ki, paxıldır, özünü sevəndir, – deyə Laçın məmnun halda bacısı Tərlana sarı döndü.
– Sən də bildinmi mənim itim Toplana nə üçün hörmət edir? Bir qoca olduğuna görə, bir də yaxşılığı unutmur, – deyə Tərlan da qardaşının sözünü cavabsız buraxmadı.
İndi ki, söhbət belə başlanmışdı, onu sona çatdırmaq lazım idi. Axı Zəfər də öz Çənbəri haqqında yaxşı sözlər eşitmək istəyirdi. Onun ürəyini incitmək olmazdı. Bunu Ballı nənə başa düşürdü. Odur ki, heç kəsin xahişini gözləmədən dedi:
– İndi də sizə Çənbərdən danışacağam.
Zəfərin üz-gözü güldü. Ballı nənə onun lap ürəyindən xəbər vermişdi.
Zəfərin Çənbəri bizim bostanın dalındakı evdə yaşayan bir aqronomun iti idi. O, arabir Çənbəri də götürüb ova gedərdi. Günlərin birində aqronoma Bakıda Kənd Təsərrüfatı Nazirliyində bir iş verdilər. Aqronom ailəsini də yığışdırıb Bakıya getdi və bu iti Zəfərgilin ailəsinə tapşırdı. Çənbər üç gün ac, susuz, köhnə evlərinin qapısında ulayıb yiyəsini çağırdı. Zəfərin atası nə qədər çalışdı, onu öz evlərinə gətirə bilmədi. Çarələri kəsilib ona hər gün yemək aparırdılar. İt nə yeməyi qəbul edir, nə də onları yaxın qoyurdu. Ancaq, bu üç gündə Çənbər az-çox Zəfərgilə isnişmişdi. Dördüncü gün o evə başqa ailə köçməli idi. Çənbər özünü yırtıb heç kəsi həyətə buraxmayırdı. Odur ki, Zəfərin atası dördüncü günü Çənbərin boynuna ip bağlayıb onu pişim-pişimlə öz qapılarına gətirdi. O gündən bu itin üz-gözü gülməyir, qaşqabağı açılmayır. O hər gün gedib bizim bostanın çəpərinin yanında durub öz köhnə evlərinə baxır, yenə qəmli-qəmli qayıdıb gəlir.
– Aha, bu onun üçün hər gün sallana-sallana bostana gedirmiş!..
– Bu itləri yaxşı tanıdınızmı? İndi sizdən bir xahişim var.
– Nədir, nənə can, nədir?
– Sənin-mənim sözünü buraxın, üç yoldaşsınız, üç itiniz var, bu üç iti öz itiniz kimi sevin, ayrı-seçkilik olmasın.
– Mən razıyam, nənə can.
– Mən də razıyam.
– Mən də razıyam, mən də.
– Mərhəba, balalarım, bax, belə!..
Kitabxana.az · https://kitabxana.az/works/saiq-uc-it
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?
Hacıleylək və sərçəBir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:
Tülkü və dəvəBir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
Dəvə, tülkü və qurdBir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
Başqa şairlərin şeirləri
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
OlduAman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,