Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:

– Tülkü qardaş, nə var? Nə olub?

Tülkü cavab verdi:

– Padşahdan əmr var, dəvələri tutub işləməyə aparırlar.

– Axı bundan sənə nə? Sən ki, dəvə deyilsən!

– Eh, vaxtımı alma, mən də bilirəm ki, dəvə deyiləm. Ancaq mən tülkülüyümü isbat edincə, dərimi boğazımdan çıxararlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri