Arı və kəpənək
Bir arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan kəpənək dedi:
– Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!
Arı ona cavab vermədi, çiçəkdən-çiçəyə qonmaqda davam etdi. Bu dəfə arı kəpənəyin yanından uçub keçərkən kəpənək yenə acıqlandı:
– Ey, sən bu zəhlə tökən vızıltını kəs, başım, beynim getdi. Görmürsən şirə əmirəm?
Arı vızıldayaraq cavab verdi:
– Ey xeyirsiz böcək! Xallı qanadlarınla çox da öyünmə. Mən çiçəklərdən şirə çəkib bal tuturam, onu bütün el yeyir, səndən kim bir fayda görmüş?
Kitabxana.az · https://kitabxana.az/works/saiq-ari-ve-kepenek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Molla Nəsrəddin” məcmuəsinə*Mahtablı gecə... Kənari-dərya,
Hamımız bir günəşin zərrəsiyikƏsrlərdən bəri zülmə alışan,Qan içən, qan qusan, ey şər insan!
Son baharNoldu rəngin çiçəklərin açman!Güllərindən dəmət yapdım bən,
Dağlar sultanıDan atınca xoruz, beçələr banlar.Dağ-dərədən çəkilməmiş dumanlar,
Başqa şairlərin şeirləri
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Mən gedirəm, halallaşaqMən gedirəm, halallaşaqGözləginən, yar, yolları.
OlaUsta, məni gözlərinə fəda qıl,Səndən saz istərəm, amma saz ola!
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.