Usta, məni gözlərinə fəda qıl,Səndən saz istərəm, amma saz ola!Dindirəndə imran dillə danışa,Şeyda bülbüllər tək xoşavaz ola!

Yamanı yamana, yaxşını mərdə,Tərifini edim hər düşən yerdə,Dolaşmaya simlər, vurmaya pərdə,Gözəllər tək onda işvə, naz ola.

Xəstə Qasım sözüm söylərəm əyan,Elə car eylərəm bəyanbəbəyan,Qiymətin soruşsan, tamam min tümən,Nə ondan çox ola, nə də az ola!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri