Günbəgün
Zalım fələk, bu nə qəsdir edirsən,Yandırdın cismimi nara günbəgün.Dərdi-qəmim ümman olub daşıbdır,Gəlmişəm əlindən zara günbəgün.
Bir həmdəmim, bir sirdaşım, bir arxam,Köməyimdir o qocalmış pir atam.O da eldən getdi, kəsildi çarəm,Etdin məni bəxti qara günbəgün.
Nə qəsdin var mənim ilə çəkirsən,Var ömrümə sən od-alov tökürsən.Mən tikirəm, sən bir ucdan sökürsən,Salırsan çıxılmaz dara günbəgün.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-gunbegun
← → düymələri ilə keçid, R — təsadüfi şeir