Bəzirganlar yük bağlamaz,Gər xiridar olmasa.Naməhşur qalmaz dünyada,Zatında zar olmasa.Səng ilə xanə yapasan,Çöl-biyaban səhrada.Taparsan qəflət yuxusun,Əgər şahmar olmasa.

İki mələk müqərrəmdi,Baxıb əməlin yaza.Onlar əməlinə baxıb,Sənə verərlər cəza.Ol günündə nə eyləsin,Məhəmməd Əl-Mustafa,Məhşərə getmək çətindi,Əldə tutar olmasa.

Məmmədhüseyn ölmək ilən,Bu dünya xalı olmaz.Dərdin demə dərdbilməzə,Dərdindən halı olmaz.Bu vergi haqq vergisidi,Kimsəyə qalı olmaz.Cəhd eyləmək beca şeydi,Bəxtin paydar olmasa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri