Bir-iki söz
Şairlik iddiasını etməməkdən başqa hələ onun məqami-büləndini vəsf və bəyan etməkdə olan ədəmi-iqtidarımı da kəmali-icz ilə iqrar edirəm. Burasını Şeyx Nizami həzrətlərinin:
Pişü pəsi daşt səfi-kibriya
1 _
Pəs şüəra amədü piş ənbiya
– beytindən gözəlcə anlamaq olar. Fəqət bununla belə təbiət və sənayedə olan hüsnü lətafəti fərq və təmyiz etmək xassəsinə malikəm. Yəni demək istəyirəm ki, şair deyilsəm də, bir az şair kimiyəm. Yazılarımın şeir olmadığını dərk edib də kağızlar üzrə qaralamaqdan çəkinirəmsə də, yenə özüm ilə bacarmıram. Odur ki, məcmueyinaçizanəmə müqəddimə olaraq “Oxucularıma” sərlövhəli bir mənzumə ilə ifadeyi-məram etmişəm. Əsərlərim sınıq ürəkdən çıxan sızıltılar olduğu üçün fransızların şairi-əziminin “Zərfi-şikəstə” adlı əsərinə və türklərin böyük şairi Tofiq Fikrət bəyin “Rübabişikəstə”sinə təqlidən “Sınıq saz” deyə adlandırdım. Mündərəcatından bir söz bir nəfərə belə xoş gələrsə, özümü bəxtiyar sanaram.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-bir-iki-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məqsədim yar adıdır kim, dildə təkrar eylərəm.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
ما عشق یار را بدو عالم نمیدهیمجامی ز دست دوست بصد جم نمیدهیم