İştə bir tərbiyəli, aqil uşaq,İştə bir zirək, ayıq, kamil uşaq.Geyinib məktəbinin formasını,Götürüb qoltuğuna çantasını.Məktəbə şövqi-tamam ilə gedir,Keçməsin vaxtı deyə sürət edir.Gecə-gündüz çalışır mərdanə,İstəyir sibqət edə əqranə.Könlünün arizuyi-yektası:Vətənü millətinin ehyası.A çocuq, get, sənə haq yar olsun.Cümlə halında mədətkar olsun.Elm təhsili əziyyətli isə,Qışda yol getməyi zəhmətli isə,Qorxma, qeyrətlə çalış, əlbəttə,Biləcəksən, oxusan tez vəqtdə –Ki, cahan içrə böyük insanlar.Nə qədər zəhmətə düşmüş onlar.Sinfi-ədadini təkmil eylə,Məktəbi-alidə təhsil eylə.Səy elə, sən də böyük insan ol,Doğruluqda bu ada şayan ol!Qoy cahan elm ilə pürnur olsun,Vətən o sayədə məmur olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən