ییغدی خیر و برکت سفره سین ، احسانیله گئتدیامن - امانلیق دا یوکون باغلادی ، ایمانیله گئتدی

Yığdı xeyir və bərəkət süfrəsin, ehsanıyla getdiƏmin-amanlıq da yükün bağladı, imanıyla getdi

بیک - خان اولمازسا دئیه‌ر دیک اولاجاق کندیمیز آباداو خاراب کندده ولاکن ، ائله بیک خانیله گئتدی

Bəy-xan olmasa deyərdik olacaq kəndimiz abadO xarab kənddə, lakin, elə bəy-xanıyla getdi

( سیلو ) دایر اولالی ، هرنه دگیرمان ییغیشلدیآمما خالص - تمیز اونلاردا ، دگیرمانیله گئتدی

(Silo) dair olalı, hər nə dəyirman yığışdıAmma xalis-təmiz onlarda, dəyirmanıyla getdi

مستبد سلطانی سالدوق ، کی اولا خلقیمیز آزادسونرا باخدیق کی آزادلیق دا او سلطانیله گئتدی

Müstəbid sultanı saldıq ki, ola xalqımız azadSonra baxdıq ki, azadlıq da o sultanıyla getdi

بیر (بلی قربان) اولوب ایندی بیزه مین (بلی قربان)آمما ( خلعت وئرن ) اول بیر بلی قربانیله گئتدی

Bir (bəli qürban) olub indi bizə min (bəli qürban)Amma (xələt verən) ol bir bəli qürbanıyla getdi

دوز مسلمانه دئییردیک، قولاغی توکلودی بدبختایندی باخ ، گؤر کی او دوزلوک ده ، مسلمانیله گئتدی

Düz müsəlmana deyirdik, qulağı tüklüdü bədbəxtİndi bax, gör ki o düzlük də, müsəlmanıyla getdi

وئرمه ( صابر) دئدی ، او دولما - فسنجانی آخونداآغزیمیزدان دا داد ، اول دولما - فسنجانیله گئتدی

Vermə (Sabir) dedi, o dolma-fəsəncanı axundaAğzımızdan da dad, ol dolma-fəsəncanıyla getdi

دئدی انسانیمیز آزدیر ، هامی انسان گرک اولسونآمما انسانلیقیمیزدا ، او آز انسانیله گئتدی

Dedi insanımız azdır, hamı insan gərək olsunAmma insanlığımızda, o az insanıyla getdi

بو قدر ( دفتر ) و ( اسناد) له ، بیر حقه چاتان یوخحق وئرنلر ( پیتیگی ) میزا قلمدان یله گئتدی

Bu qədər (dəftər) və (əsnad)la, bir haqqa çatan yoxHaqq verənlər (bitiyi)mizə qələmdanıyla getdi

بیزه بیر دین قالا بیلمیشدی میراث ، بیرده بو ایراندین گئده نده دئدی : تک گئتمه رم، ایرانیله گئتدی

Bizə bir din qala bilmişdi miras, bir də bu İranDin gedəndə dedi: tək getmərəm, İranıyla getdi

ایسته دیک قانلا یوواق اؤلکه میزین لکه سین ، آممااؤلکه میز خالص اؤزی لکه اولوب قانیله گئتدی

İstədik qanla yuyaq ölkəmizin ləkəsin, ammaÖlkəmiz xalis özü ləkə olub qanıyla getdi

یورقانی اوغری قاپاندا ، دئدی ملانصرالدیننیله سین چیلپاغیدی ، اوغرو دا یورقانیله گئتدی

Yorğanı oğru qapanda, dedi Molla NəsrəddinNeyləsin çılpağıdı, oğru da yorğanıyla getdi

هاوا انسانی بوغور باش - باشا گاز کربنیک اولموشیئل ده اسمیر ، ائله بیل ، یئل ده سلیمانیله گئتدی

Hava insanı boğur, baş-başa qaz karbonik olmuşYel də əsmir, elə bil, yel də Süleymanıyla getdi

سو ، کرج دن کلور ایله گلیر بو پاسلی دمیردنگؤره سن شاه سوی تک چشمه نه عنوانیله گئتدی؟

Su, Kərəcdən gəlir elə gəlir bu paslı dəmirdənGörəsən Şahsuyu tək çeşmə nə ünvanıyla getdi?

ترکی اولموش قدغن ، دیوانیمیزدان دا خبر یوخشهریارین دیلی ده وای دئیه ، دیوانیله گئتدی

Türki olmuş qadağan, divanımızdan da xəbər yoxŞəhriyarın dili də vay deyə, divanıyla getdi

Əsl mətnGanjoor (yeni pəncərədə açılır)

QeydLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Tərcümə təklif edin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri