İman müştərisi
آمان اللاه یِئنه شیطان گلیب ایمان آپاراقُورویون قُویمایون ایمانوزی شیطان آپارا
Aman Allah, yenə şeytan gəlib iman aparaQoruyun, qoymayın imanınızı şeytan apara
منیم ، اینسانلیغمین گُؤرنه حصاری یاوادیرکی گونوز غولِ بیابان گلیر اینسان آپارا
Mənim, insanlığımın gör nə hasarı yavadırKi gündüz quli-biyaban gəlir insan apara
خرمنی ساققیزا وِئردیک نه یامان چَرچی دی بوهِی گلیر کَنده بیزه درد وئره درمان آپارا
Xırmanı saqqıza verdik, nə yaman çərçidi buHey gəlir kəndə bizə dərd verə, dərman apara
چورَگ آلمیش اَلینه ، آج نئجه طاقت گتیسیناِئله بیریازگئجه سی قیزگلیب،اوغلان آپارا
Çörək almış əlinə, ac necə taqət gətirsinElə bir yaz gecəsi qız gəlib, oğlan apara
قانلی دیرناخلارینان«انگلیس» اَل قاتدی بیزهباخیسان«روس»دا آرازدان کئچیر ایران آپارا
Qanlı dırnaqlarınan «İngilis» əl qatdı bizəBaxırsan, «Rus» da Arazdan keçir İran apara
آرادان بیرده بیزی بُؤلسه لر اربابلاریمیزقورخورام قُویمیالار تبریزی ، تهران آپارا
Aradan bir də bizi bölsələr ərbablarımızQorxuram qoymayalar Təbrizi, Tehran apara
قارا طوفان کی داخی خلقیله شوخلوق اِئله مزسِئل گرَک اِئل داغیدا،اِئو ییخا،ایوان آپارا
Qara tufan ki daxı xalqla şuxluq eləməzSel gərək el dağıda, ev yıxa, eyvan apara
بو قارانلیق گئجه لرده قاپوموز پیس دُویولورنه بیلیم ،بلکه اَجَل دیردایانیب جان آپارا
Bu qaranlıq gecələrdə qapımız pis döyülürNə bilim, bəlkə əcəldir dayanıb can apara
آناما سُویله یین اُوغلون ییخیلیب سنگردهتِئللرین باس یاراما ، قُویما منی قان آپارا
Anama söyləyin oğlun yıxılıb səngərdəTellərin bas yarama, qoyma məni qan apara
سَلقه لی اُغرو تاپیلمیشسا بو باشسیز یئرده«شهریار»دان دا گرَک بیر دُولی دیوان آپارا
Səlqəli oğru tapılmışsa bu başsız yerdə«Şəhriyar»dan da gərək bir dolu divan apara
Kitabxana.az · https://kitabxana.az/works/sehriyar-turkce-seir-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Hər qovm ilə qıldım bu cahan mülkünü seyrHər qovm ilə qıldım bu cahan mülkünü seyr,Gəh maniyi-şər’ buldumü gəh maniyi-xeyr,
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
Məsləkim yolundaMəsləkim yolunda gəlsəm üz-üzəMəndən əfv ummasın doğma qardaşım.