Çaylar dənizə, dənizlər okeana tökülür. Bütün cığırlar yollara, yollar ana yollara, ana yollar böyük şəhərlərə aparır. İnsanın ömrü də belədir. O, yaşının ən məhsuldar çağlarına hər tərəfdən yol gəlir; bilikdən, həyatdan, təcrübədən... Mən Ağdamdakı hərbi hissəyə komandir təyin olunanda öz okeanıma qovuşdum. Bir vaxtlar Özbəkistandan qaçmış sıravi əsgər indi öz doğma elobasına briqada komandiri, polkovnik-leytenant kimi qayıdırdı. Bu, həyatımın zəfər yürüşüydü! Özümü gümüşü işıq selinin hüdudsuz sevinci içərisində hiss edirdim.

Nəhəng dağı biri çiçəyindən, biri bulağından, biri təmiz havasından tanıyır. Vətəni də hərə bir tərəfindən sevir.

Mən vətəni əsgərindən sevirdim!

Ağdamda məni üç minə yaxın əsgər gözləyirdi. Biz əl-ələ verib qələbəyəcən bir yerdə gedəcəkdik. Lakin adamları həqiqi xidmətə alışdırmaq asan deyildi. Buna çox vaxt bu işə məsul insanlar mane olurdular.

Briqadaya gələn gün əsgərlərin məzuniyyət cədvəlini yoxladım. Cümşüdov soyadlı əsgərin il ərzində dörd dəfə evə buraxıldığını gördüm. Tabor komandirini çağırıb onunla maraqlandım. Dedi, mərkəzi qərargahdan tapşırılıb, hazırda yenə məzuniyyətdədir.

Murovdakı kəşfiyyat bölüyündə mənə əsgər gizləməyi təklif edən köhnə “dost”umu unutmamışdım. Deyəsən, onunla ikinci dəfə qarşılaşmalı olacaqdım.

Tabor komandirinə əmr verdim:

“Bu əsgəri yerin deşiyində də olsa, tapın gətirin! Sabah səhər düzülüşündə burda olsun!”

Səhər hava işıqlaşmamış qapım döyüldü. Tabor komandiri saçlı-saqqallı bir cavan oğlan gətirmişdi. Saçsaqqalını qırxdırıb, otağıma çağırdım, onunla iyirmi dəqiqə söhbət etdim. Məncə, məni başa düşdü.

Həmin gün mərkəzi qərargahdan - generalın köməkçisindən zəng gəldi. Salam-kəlamsız “Bizi ikinci dəfə adam yerinə qoymadın” deyib telefonu söndürdü.

Bir həftə keçməmiş Cümşüdovla maraqlandım, çox yaxşı xidmət keçdiyini söylədilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 48. Komandir

Gümüşü işıq hardaydı, görəsən? Qarabağdan uzaqlarda da gözümə görünərdimi? Bəlkə, imkan tapıb başından şəlalə kimi ağ işıq tökülən o dağın yanın, o dağın altındakı məzarın ağuşuna qaçaydım? Bəlkə, Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişini axtaraydım? Axı niyə bu işıq hər şeydən qabaq anamın tikanlı əllərini yadıma salırdı? Bunun nə mənası vardı? Niyə o tikanların ağrısını indi öz ürəyimdə hiss edirdim?İnsanın yaddaşı qəribədir. Hansısa şeirdə xatirələrin qəfil yada düşməsini radio dalğasına bənzətmişdilər. Doğrudan da, bəzən elə şeyləri xatırlayırsan ki, bunu yalnız istəmədən eşitdiyin hansısa səsə, musiqiyə bənzədərsən. Mən indi məchul nöqtəyə ünvanladığım bu sualların cavabını da belə qəfil, gözlənilmədən, tamam ayrı şeylər düşünərkən tapdım. 8 Mart ərəfəsi idi. Sinifdəki oğlanlar qızlara hədiyyə almaq üçün 10 manatdan pul yığırdılar. Mən heç vaxt atamdan pul istəməyə ürək eləməzdim, anamda isə pul olmurdu. Fikirli dolanır, nə edəcəyimi bilmirdim. Anam məni çağırdı, mehribanlıqla qucaqlayıb alnımdan öpdü, dedi, niyə bikefsən? Danışmaq istəmədim. Çox təkid etdi. Axırda hər şeyi açıb dedim. Güldü. Dedi, heç pula görə də adam kefini pozar? Qalxdı, düyünçələrini eşələyib bir qırmızı onluq gətirdi. Götürməyə çəkindim, dedim, atam bilər, səninlə dalaşar. Dedi, narahat olma, bu, mənim öz pulumdur, həyətdəki böyürtkənləri yığıb satmışam. Pulu sevincək aldım və qaçdım. Ömrüm boyu heç vaxt o qədər xoşbəxt olmamışdım. Həyat nədir? Ömrün içinə səpələnən xoşbəxt anlar. Deyirlər, yüz yaşlı bir kişi tənbəllik eləmədən xoşbəxt olduğu anların hesabını aparır və bu qədər ömrün içindən bir-iki saat çıxara bilir.

20182 dəq
Dördüncü hissə, 49. Sevinc

Onu son dəfə Novruz bayramından iki gün sonra gördüm. Yenə qoltuğunda möhürlü qovluq evə gəlmişdi. Bu dəfə cəsarətimi toplayıb nə olduğunu soruşdum, mənə necə çəp-çəp baxdısa, kiridim.Bayramın səhəri günü işə tələsirdi, di gəl, maşını həyətdən çıxara bilmədi. Qarşısını kəsən “Niva” kimin idi? Hansı mərtəbədə qalırdı? Onu necə tapaydıq? Bayram gecəsinin səhəriydi, hamı yatmışdı, Allah bilir nə vaxt oyanacaqdılar. Hirsindən maşının təkərini təpikləyir, mən də eyvandan baxıb gülürdüm. Zəng vurub mənə acıqlandı, dedi, Aqşini aşağı göndər. Aqşin getdi, o da bacarmadı. Bu dəfə mən zəng vurdum ona, dedim, sizinki baba-turp məsələsidir, istəyirsən, Nihadla mən də gələk. Dinmədi. Velosiped sürməyə çıxan gənc məhəllə uşaqlarından biri dadına çatdı, maşını çıxarıb ona verdi.

20181 dəq
Dördüncü hissə, 50. Komandir

Getdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.

20181 dəq
Dördüncü hissə, 51. Zabil

Atamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.

20181 dəq

Başqa şairlərin şeirləri