Dördüncü hissə, 49. Sevinc
Onu son dəfə Novruz bayramından iki gün sonra gördüm. Yenə qoltuğunda möhürlü qovluq evə gəlmişdi. Bu dəfə cəsarətimi toplayıb nə olduğunu soruşdum, mənə necə çəp-çəp baxdısa, kiridim.
Bayramın səhəri günü işə tələsirdi, di gəl, maşını həyətdən çıxara bilmədi. Qarşısını kəsən “Niva” kimin idi? Hansı mərtəbədə qalırdı? Onu necə tapaydıq? Bayram gecəsinin səhəriydi, hamı yatmışdı, Allah bilir nə vaxt oyanacaqdılar. Hirsindən maşının təkərini təpikləyir, mən də eyvandan baxıb gülürdüm. Zəng vurub mənə acıqlandı, dedi, Aqşini aşağı göndər. Aqşin getdi, o da bacarmadı. Bu dəfə mən zəng vurdum ona, dedim, sizinki baba-turp məsələsidir, istəyirsən, Nihadla mən də gələk. Dinmədi. Velosiped sürməyə çıxan gənc məhəllə uşaqlarından biri dadına çatdı, maşını çıxarıb ona verdi.
Axşam evə gələndə səhərki məzhəkəni unutmamışdı:
“Sən canın, hamıya yaydın maşın söhbətini?”
Yenə gülmək tutdu məni.
“Bilirəm, məni biabır eləmisən.”
Təskinlik verdim:
“Heç kimə deməmişəm.”
Gileyləndi:
“Sən mənə o qədər lağ eləyirsən ki, yəqin, qocalanda atıb gedəcəksən.”
“Nəyinə lağ edirəm?”
“Nə bilim, paltarıma, ləhcəmə, maşın sürməyimə...”
“Deyirəm səliqəli ol, “problem”ə “broblem” demə, maşın sürməyi öyrən. Pis eləyirəm?”
Səhəri evdən çıxanda möhürlü qovluğunu elə həvəslə qoltuğuna vurdu ki, əsəbiləşdim. Dedim, vallah, sən belə həvəslə döyüşə gedənə oxşayırsan.
Güzgüdə saçını düzəldə-düzəldə cavab verdi:
“Döyüşə gedəndə nə olar?”
“Bilmirsən nə olar?”
“Uzağı, ölərəm, sənə də şəhid arvadı deyərlər.”
Nitqim tutuldu.
Son dəfə evdən çıxdı, son dəfə həyətə düşdü və mən son dəfə pəncərədən onun arxasınca baxdım.
Xüsusi təyinatlıların harda yerləşdiyini bilməsəm də, şəhərdən uzaq olmadığını bilirdim. Günorta nahara gəlməliydi. Ən çox sevdiyi xörəyi bişirdim: kələm dolması! Ancaq gəlmədi, zəng elədi, dedi, alınmır, gələ bilməyəcəm. Sən demə, həmin vaxt ön xəttə doğru hərəkət başlayıbmış.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-dorduncu-hisse-49-sevinc
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.
İkinci hissə, 12. KomandirTəmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.
İkinci hissə, 13. Gizir SəfərovXəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.
İkinci hissə, 14. KomandirYayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:
Başqa şairlərin şeirləri
— Həsən:Göstərəndə qaşlarının tayını,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Belə gedərəmAğa Becan, sultan Becan, xan Becan,Ayrılmam Pərimdən, belə gedərəm.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,