Kəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.

Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.

“Sapyor”ların təmas xəttini yoxlamasına ehtiyac görmədilər. Məncə, bu, doğru deyildi. Kəşfiyyatçı üçün ən təhlükəli şey minadır. Yoxlanmadan addım atılmazdı. Bildiyim qədər, təşəbbüs Səfərovdan gəlmiş, komandir də qəbul etmişdi.

Gərək düzünü deyəsən, ən təhlükəli məqamda Səfərov irəli çıxdı. Təmas xəttində simlə işə düşən minaların olub-olmadığını yoxlamaq üçün qollarını çırmalayıb əllərini yerə yaxınlaşdıraraq astadan yeriməyə başladı. Bu fəndi mən də bilirdim; sim qolun incə dərisinə dəyən kimi öz soyuqluğunu və sərtliyini büruzə verir.

Səfərov bizdən xeyli qabaqda gedirdi. Onu komandirlə mən müşayiət edirdik. Gecənin zil qaranlığıydı. Düşmən postu yatmasa da, bizi heç vaxt görə bilməzdi. Təmas xəttinin ardınca daşlıq, qumsallıq və dik yeniş başlayırdı. Burdan kiminsə keçəcəyini düşünmək ağıl karı deyildi.

Kəşfiyyat qrupunun əsgərləri ən təhlükəli ərazini ağaran daşların üstünə ayaq basa-basa düz xətt boyu bir-birinin ardınca keçdilər. Qabaqda mən gedirdim. Yaxşı ki, tez çıxmışdıq. Səhərə yaxın çıxsaydıq, şehdə sürüşərdik.

Biz Kəlbəcərin qızıl mədənləri istiqamətinə yenib müşahidə aparmalı, girovu hardan və necə götürəcəyimizə orda qərar verməliydik.

Daşlıqdan inanılmaz rahatlıqla yendik. Yıxılan, sürüşən, ayağının altından daş yomalayıb səs salan olmadı. Elə bir dərəyə yenmişdik ki, bizi gündüz də görmək mümkün deyildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 31. Zabil

Boynuma alıram ki, o sözü demişdim. Haqqım vardı. Belə şey olar? Qardaşın ölkənin ən tanınmış zabiti ola, ad-sanı hər yana yayıla, səni toyuna çağırmaya! Mənə üç günlük icazə almaq onun üçün çətin deyildi. Heç yadına düşməmişəm.Necə incimişdimsə, deyirdim, onu qəbir evinəcən bağışlamaram.

20181 dəq
Dördüncü hissə, 32. Komandir

Akademiyaya getdiyim vaxtlar şəhərdə ailəmlə qalırdım. Aqşin böyümüşdü artıq. Lakin evdə az gördüyü üçün məni tanımırdı. Aqşinə atasının varlığını hiss etdirə bildim. Buna görə çox xoşbəxt idim. Körpə yaşlarından ona əllə sağollaşmaq öyrətmişdim. Anasının qucağında mənə əl eləyir, hətta öpüş də göndərirdi. Hər dəfə mən gülürdüm, Sevinc qəhərlənirdi. Nəsə, o an özünü saxlaya bilmirdi. Həmişə mənimlə zarafatlaşan, şux xasiyyətli Sevincin belə kövrəldiyini görəndə daha çox gülürdüm. İstəyirdim o da göz yaşlarını silsin, gülümsəsin. O isə ağlaya-ağlaya gülümsünürdü. Həm öz istədiyini edirdi, həm mənim istədiyimi.O saat özümü ciddiliyə vururdum. Bizdə belə idi; mən ciddiləşəndə o, zarafata keçirdi, o ciddiləşəndə mən.

20184 dəq
Dördüncü hissə, 33. Əsgər Qasımov

Gecələr onun harasa getdiyini bilirdim. Deyəsən, təmas xəttini keçirdi. Bəzən tez qayıdır, bəzən səhərəcən gəlib çıxmırdı. Uzaq və çətin yol keçdiyini paltarlarını təmizləyəndə hiss edirdim. Palçıqlı, yaş və tozlu olurdu. Hardasa süründüyü, çaydan keçdiyi, torpağa uzandığı bilinirdi. Başqa vaxt hara gedirdisə, mənə deyirdi. O səfərləri haqda nə gedəndə, nə gələndə bir kəlmə danışmırdı. Amma mən onu sabahacan gözləyirdim.“Sən yatmamısan hələ?” - hər dəfə eyni sual.

20182 dəq
Dördüncü hissə, 34. Komandir

Çaylar dənizə, dənizlər okeana tökülür. Bütün cığırlar yollara, yollar ana yollara, ana yollar böyük şəhərlərə aparır. İnsanın ömrü də belədir. O, yaşının ən məhsuldar çağlarına hər tərəfdən yol gəlir; bilikdən, həyatdan, təcrübədən... Mən Ağdamdakı hərbi hissəyə komandir təyin olunanda öz okeanıma qovuşdum. Bir vaxtlar Özbəkistandan qaçmış sıravi əsgər indi öz doğma elobasına briqada komandiri, polkovnik-leytenant kimi qayıdırdı. Bu, həyatımın zəfər yürüşüydü! Özümü gümüşü işıq selinin hüdudsuz sevinci içərisində hiss edirdim.Nəhəng dağı biri çiçəyindən, biri bulağından, biri təmiz havasından tanıyır. Vətəni də hərə bir tərəfindən sevir.

20181 dəq

Başqa şairlərin şeirləri