Dördüncü hissə, 42. Komandir
Qara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-dorduncu-hisse-42-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Seyfəli poliqonunda zabitlər yığışan çadırın yanından keçirdim. Arxadan kimsə çiynimə toxundu. Geri dönəndə qarşımda mavi gözlü, sarışın bir zabit dayanmışdı. Filmlərdə gördüyüm alman zabitlərinə oxşayırdı. Ona hərbi salam verməkdən özümü saxlaya bilmədim. Salamımı aldı və dolğun, qətiyyətli səslə söylədi:“Murovda xidmət etmək istəyərsən?”
Üçüncü hissə, 36. KomandirƏslində, əməliyyat sadə idi: Kəlbəcərin qızıl yataqlarını, Zod aşırımını müşahidə edib qayıdacaqdıq. Qızıl yataqları strateji əhəmiyyətli yer sayıldığı üçün biz ayda bir neçə dəfə bu əməliyyatı keçirirdik. Özüm əlavə tapşırıq götürdüm. Kəşfiyyat dəftərimdəki bütün qeydlərdə düşmən əsgərlərinin qızıl yataqlarına gəlmə vaxtı təxminən eyni idi. Onlar hər gün səhər saat 6-7 arası gəlirdilər. Müşahidəçilərin çoxu “Alabaş” avtobusları qarışıq salır, onları da qızıl mədənlərində işləyən fəhlələr hesab edirdilər. Mən avtobusu partlatmaq istəyirdim. Buna görə Kapitan Rəşidovdan briqadanın razılığını almasını xahiş etdim. Və təbii ki, özümüzlə götürməyə iki ədəd tank əleyhinə mina verəcəkdi.Razılıq əldə olundu və “dozor” nəfərlərindən biri kimi Ləzgini - bizim Əsgər Şabanovu seçdim. O, mənimlə kəşfiyyat qrupunun önündə gedəcəkdi.
Üçüncü hissə, 37. Kapitan RəşidovQızıl dağlarındakı əməliyyatın belə tez və bu qədər uğurlu alınacağını gözləmirdim. Kiçik leytenant Orucov yenə xarüqə yaratmışdı.Ermənilər hərbçilərin deyil, fəhlələri gətirən maşının minaya düşdüyü haqqında xəbər yaydılar. Özü də hadisə Kəlbəcər ərazisində deyil, Zod tərəfdə olubmuş. Yəni bizimkilər dövlət sərhədini pozaraq müharibədə guya iştirak etməyən Ermənistanın ərazisinə müdaxilə edib, dinc sakinləri öldürübmüşlər. Lakin biz kəşfiyyat məlumatlarına əsasən dəqiq bilirdik ki, fəhlələr ora saat 8-dən tez gəlmirlər. Hərbçilər onlardan əvvəl gəlib, yolu və qızıl mədənlərini qoruyan gözətçi məntəqələrini gecə növbəsindən təhvil alırlar.
Dördüncü hissə, 1. Kapitan RəşidovBölüyə gedəndə bütün hazırlıqlar görülmüşdü. Orucov seçdiyi uşaqların içərisində köhnələrdən Gizir Əsədov, Çavuş Rəfiyev, Çavuş Hüseynov və Əsgər Şabanov vardı. Məncə, qrup yaxşı seçilmişdi. Briqadanın kəşfiyyat xidmətinə tabe olan digər taqımlardan əsgər gətirməyə ehtiyac qalmırdı.Kəşfiyyat qrupunun uşaqları ilə əməliyyatı bir daha müzakirə edib, tapşırıqlarımı verdim. Axırda Karta Sabirdən Lev çayının sahilində qoyduğu səliqəsiz nöqtələrin mənasını soruşdum. Aydın bir cavab vermədi. Əvəzində xəritəni ən incə detallarınacan gözdən keçirən kəşfiyyatçılara baxıb güldü:
Başqa şairlərin şeirləri
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
YaxşıdırCan qurban eyləsən, layiqdir, yenəO gözəl qədrini bilsə, yaxşıdır.
KönülDərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.