Seyfəli poliqonunda zabitlər yığışan çadırın yanından keçirdim. Arxadan kimsə çiynimə toxundu. Geri dönəndə qarşımda mavi gözlü, sarışın bir zabit dayanmışdı. Filmlərdə gördüyüm alman zabitlərinə oxşayırdı. Ona hərbi salam verməkdən özümü saxlaya bilmədim. Salamımı aldı və dolğun, qətiyyətli səslə söylədi:

“Murovda xidmət etmək istəyərsən?”

“İstəyərəm” - dedim.

“Kəşfiyyatda...”

“Ən böyük arzum olub!”

Bu üç kəlməlik dialoqla ömrümün yeni, tamam fərqli səhifəsi açıldı. Qazaxdan Toğanaya dəyişilməyim uzun çəkmədi. Bir-iki ay hazırlıq keçəndən sonra ilk əməliyyata getdim. Eşidəndə ki, komandir də bizimlə gələcək, əməlli-başlı həyəcanlandım. Sən demə, komandirlər də kəşfiyyata gedirmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 42. Komandir

Qara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...

20181 dəq
Dördüncü hissə, 43. Sevinc

Onu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.

20181 dəq
Dördüncü hissə, 44. Komandir

Müharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.

20181 dəq
Dördüncü hissə, 45. Mayor Poladov

İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.

20181 dəq

Başqa şairlərin şeirləri