Dördüncü hissə, 60. Komandir
Dayçamız kişnədi... Fərrux meşəsindəki armudların qoxusu gəldi... Ağ çınqılın seli dayandı... Gizir Səfərov fınxırıb güldü... Qırğı gözlərini qıyıb Göyçə gölünə baxdı... Mazanovun yanağından bir gilə yaş yuvarlandı... Xanı oxudu... Aqşinin uşaqlığı anasının qucağından mənə əl elədi... Ayağımın qəlpələri son dəfə sızıldadı...
Ürəyimin üstündəki ağrıdan sıyrılıb çıxdım və yavaş-yavaş işığa qərq oldum. Əvvəlcə sinəmdəki yaralardan ağ işıq fışqırdı, sonra əlim, qolum, ayağım işığa dönüb bir-birinə qarışdı.
Yeddixırmana bənzəyən dağa tərəf uçanda zirvədə cilvələnən gümüşü işıq anamın təbəssümüylə gülümsədi.
Hardasa uzaqlarda insan seli çırpınır, dalğalanır, uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-dorduncu-hisse-60-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirəm də, hər şey “Cəmilli əməliyyatı”ndan sonra başladı. Həyatım yeni bir ritmə düşdü. Rütbə aldım, vəzifə aldım, orden aldım, ailə qurdum, oğlumuz oldu, Toğanada evimiz oldu.Mənim bütün uğurlarımda xüsusi əməyi keçən Kapitan Rəşidov xoşbəxtcəsinə gülümsünürdü. Bir gün isə tamam ağlagəlməz hadisə baş verdi. Polkovnik Nəbiyev yanına çağırıb, rəisin getmək istədiyini və məni öz yerinə təklif etdiyini söylədi. İnanmadım. Kapitanla görüşüb söhbətləşdim. “Səndən yaxşı kim işləyə bilər?” - söylədi. Tərəddüd edirdim. Bacarardımmı? Briqadanın kəşfiyyat xidmətinin rəisi balaca vəzifə deyildi. Götürqoy etməli idim. Kapitan Rəşidov məni ürəkləndirdi:
Dördüncü hissə, 23. Polkovnik NəbiyevXidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.
Dördüncü hissə, 24. KomandirHər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
Dördüncü hissə, 25. QırğıHavalar yenicə qızmağa başlayanda komandirdən qəribə bir təklif aldım:“İyunun əvvəli buralarda ol, səninlə vacib bir səfərim olacaq!”
Başqa şairlərin şeirləri
Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
FələkYıxdın könlüm şəhrini,Dad fələk, aman fələk!
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"