İkinci hissə, 1. Polkovnik Nəbiyev
Baş qərargahla uzun-uzadı telefon danışığından sonra kəşfiyyat əməliyyatının keçirilməsi üçün razılıq ala bildim. Mərkəz atəşkəsin pozulacağından qorxurdu. Onları qınamırdım. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə sülh danışıqları apardığımız bir vaxtda müharibəyə başlamaq əleyhimizə yozular, bizi istəməyənlərin dəyirmanına su tökərdi. Həm də, açıq desək, döyüşə hazır deyildik. 701-in məğlubiyyətindən sonra Murovda mövqelərimizi təzə-təzə möhkəmləndirirdik. Mən bu istiqamətə təyin olunan gündən postlar yaradır, səngərlər qazdırırdım. İş həddindən artıq çox idi. Çətinliyimizin ən böyüyü relyeflə bağlıydı. Postlara yemək və su qaldırmaq böyük problemə çevrilmişdi. Maşın yolu yalnız Ömər aşırımınacan gedirdi. Hündür, boz qayalardan ibarət olan yüksəkliklər hərbi hissədən çox aralı olduğu üçün əsgərlər postlara lazım olan şeyləri çiyinlərində daşıyırdılar. Seyrək havada dik uçurumlara qalxanda adam təngnəfəs olur, addım ata bilmirdi. Qışda isə aylar uzunu düşmənlə deyil, qar və şaxta ilə döyüşməli olurduq.
Atəşkəsin pozulmayacağına qəti söz verməmiş əməliyyata icazə ala bilmədim. Demək, planımız məxfi qalmalı, kəşfiyyatçılar iz buraxmamalıdır. Tapşırıq məsuliyyətli və çətin idi. Söhbət Kəlbəcər üzə adlayıb düşmən tərəfdən girov gətirməkdən gedirdi. Buna görə kəşfiyyat qruplarına rəhbərliyi nəzərdə tutulan şəxslərlə birbaşa özüm görüşmək qərarına gəldim. Əməliyyata da özüm rəhbərlik edəcəkdim. Çoxdankı arzum olsa da, kəşfiyyat xidmətini hələ tam formalaşdıra bilməmişdim. Düzdür, belə bir xidməti yaratmış, Kapitan Rəşidovu rəhbər təyin eləmişdim, amma hələ qarşıda çox iş görülməli idi. Ən vacibi, zabit çatışmırdı. Ona görə də kəşfiyyat xidmətinin yalnız bir bölüyü vardı.
Kəşfiyyatdakı uşaqların çoxunu özümlə gətirmişdim. Mən bu əsgərlərlə Arazboyu kəndləri düşməndən təmizləmiş, postlarımızı Haramı düzünün dərinliklərində qurmuşdum. Ali Baş Komandan gözlənilmədən Murova təyin olunmağım haqqında qərar verdi. Dedi, get, oraları qaydaya sal. Mən gələndə Murovu, demək olar, yiyəsiz gördüm.
Özümlə gətirdiyim əsgərlər cəsarətli, qoçaq və vətənpərvər olsalar da, peşəkar deyildilər. Kapitan Rəşidov da hərbi təhsil almamışdı. Belə bir vaxtda Ali Komandanlıq Məktəbini kəşfiyyat üzrə bitirib öz arzusu ilə bizim bölüyə gələn Kiçik leytenant Orucov taleyin bizə hədiyyəsiydi. Kəşfiyyat xidmətinin formalaşmasında Rəşidovla birlikdə mənə yaxından kömək edəcəkdilər.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-1-polkovnik-nebiyev
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çaylar dənizə, dənizlər okeana tökülür. Bütün cığırlar yollara, yollar ana yollara, ana yollar böyük şəhərlərə aparır. İnsanın ömrü də belədir. O, yaşının ən məhsuldar çağlarına hər tərəfdən yol gəlir; bilikdən, həyatdan, təcrübədən... Mən Ağdamdakı hərbi hissəyə komandir təyin olunanda öz okeanıma qovuşdum. Bir vaxtlar Özbəkistandan qaçmış sıravi əsgər indi öz doğma elobasına briqada komandiri, polkovnik-leytenant kimi qayıdırdı. Bu, həyatımın zəfər yürüşüydü! Özümü gümüşü işıq selinin hüdudsuz sevinci içərisində hiss edirdim.Nəhəng dağı biri çiçəyindən, biri bulağından, biri təmiz havasından tanıyır. Vətəni də hərə bir tərəfindən sevir.
Dördüncü hissə, 35. XanıDüz iyirmi il əvvəl yanında meyit, biz olan maşına əl eləyən sarıyanız, göygöz oğlanı Ağdamda “kambriq” kimi qarşılayırdım. Bir-birimizi qiyabi tanıyırdıq. Mən də buraların adlı-sanlı kəşfiyyatçısı idim.“Demək, məşhur Xanı sənsən!” - ilk sözü bu oldu, əlimi sıxdı.
Dördüncü hissə, 36. KomandirQərargahımız Xındırıstanda yerləşirdi. Kənddə ev tutmuşdum, ailəmlə qalırdım. Evimizin bir sakini də artmışdı: Nihad! Aqşindən fərqli olaraq, o, mənim kimi sarıyanız idi.Dərslər başlananda Sevinc uşaqları götürüb şəhərə gedirdi. Tətillərdə, istirahət günlərində Zabilin maşınıyla gəlirdilər. Zabil arada mənə sataşmaq istəyirdi:
Dördüncü hissə, 37. SevincZarafat etməyinə edirdim, amma üzü dönəndə, nəfəs çəkməyə qorxurdum. Qorxmaqdan çox çəkinirdim. Sifətində bir ifadə vardı, o, peyda oldusa, üzünü görmə. Hər dəfə o əhvalda evə gələndə Aqşin pıçıldayırdı: “Kazarma rejimi başladı!”Nihad özünü şirin satırdı. Onu lap çox istəyirdi. Baxırdı, deyirdi, Sevinc, balaca mənə oxşayıb, rahat uşaqdı, amma bu böyük var ha, səni incidəcək. Bəlkə də incidir, demirsən.
Başqa şairlərin şeirləri
Hər zaman gul yuzunu murği-ravan eylər yad,Bülbülü bismilu şuridə kimi eylər dad.
Ta badeyi-xoşgüvar var, ey saqiTa badeyi-xoşgüvar var, ey saqi,Ta vardır əlində ixtiyar, ey saqi,
Nə ziyanı?Ürəyini geniş eylə,Yağın aşa nə ziyanı?
HacıVar-dövlət dediyin bir əl çirkidi,Çox da qürrələnib öyünmə, Hacı.