Qərargahımız Xındırıstanda yerləşirdi. Kənddə ev tutmuşdum, ailəmlə qalırdım. Evimizin bir sakini də artmışdı: Nihad! Aqşindən fərqli olaraq, o, mənim kimi sarıyanız idi.

Dərslər başlananda Sevinc uşaqları götürüb şəhərə gedirdi. Tətillərdə, istirahət günlərində Zabilin maşınıyla gəlirdilər. Zabil arada mənə sataşmaq istəyirdi:

“Komandir, gələndə bizi qarşılamaq əvəzinə evin açarını sürücüylə göndərirsən, yanında da bir yığın paltar! Qardaş, biz bura paltar yumağa gəlmişik?”

“Kişinin paltarını arvadı yuyar! Sən belə şeyləri bilməzsən! Duxun çatırsa, evlən, gör!”

Gileylənirdilər. Filan toya gəlmədin, filan ad günündən imtina etdin, filan qonaqlıq dəvətini unutdun, filan yasda camaat səni soruşurdu. İzah edə bilmirdim ki, vaxt yoxdur. Deyirdim, ay Zabil, üç min əsgərə cavabdehəm e... Gülürdü:

“Komandir, elə deyirsən, guya hamısını bir-bir tanıyırsan!”

“Tanıyıram, əlbəttə!”

İnanmırdı. Əsgərim üçün elçilik eləməyimi eşidəndə, inandı.

Əsgər kazarmada özünü asaraq intihar etmək istəmişdi. Yanıma çağırdım. Danışdırıb öyrəndim ki, əmisi qızını sevir, qızı başqasına verirlər, ona görə dözə bilmir.

Tanıdığım komandirlərin çoxu əsgərlərin qız sevdiyini eşidəndə onları ələ salır, beyinlərinin qızla-qadınla məşğul olmasını istəmirlər. İlk baxışdan onları qınamaq olmur. Odun-alovun içində şirin xəyallara dalmaq ölüm deməkdir. Lakin mən istəyən döyüşçü sevginin bəri yox, o biri üzündədir. Əsgərlərimin qız sevdiyini eşidəndə, ata-anasını, bacı-qardaşını, dost-tanışını xatırlayıb darıxdığını görəndə sevinirəm. Hər şey burdan başlayır. Ev-eşik, ailə, qohum-əqrəba, kənd-kəsək, taytuş, dost-tanış, qız-qadın sevgiləri cəmləşib vətən sevgisini əmələ gətirir. Vətən - bu saydıqlarımın cəmidir. Balaca sevgilərin hansınasa ilişib qalan balaca adamdır.

Eşqə düşən əsgərin atasının telefon nömrəsini aldım, zəng vurdum. Özümü təqdim etdim. Dedim, mümkünsə, qardaşınızı da götürün, hərbi hissəyə gəlin. Əvvəl qorxdu, elə bildi, oğluna nəsə olub. Dedim, narahat olmayın, hər şey qaydasındadır və sizi xeyir iş üçün çağırıram.

Gəldilər. Dedim, il yarım bu əsgər mənim övladımdır, ona görə onun elçiliyini etmək mənə düşür. Gedin, öz aranızda razılaşın, cavanlara xeyir-dua verin. İkisi də çaşıb qaldı. Sən demə, qardaşlar uşaqların bir-birini sevməsindən xəbərsizmiş. Əsgərə bir həftə məzuniyyət verib atasıyla yola saldım, qayıdanda bizə nişan konfeti gətirmişdi.

Elçilik etməyimə baxmayın, toylara nadir hallarda gedirdim. Mayor Poladov bir neçəsinə məni zorla apardı. Bir gün dedim, Poladov, sənə etiraz eləmirəm, gedirəm, qorxuram axırda mənə “toylar komandiri” desinlər.

Sevinc mənimlə daha sərt zarafatlar edirdi. İstehkam tikintisindən üstüm toz-torpaqlı gəlmişəm evə, o yandan qayıdasan ki, erməniyə üzbəüz gücünüz çatmır, yeri qazıb altıyla Ağdama getmək istəyirsiniz?! Necə hirsləndimsə, üstünə qışqırdım. Dedim, get işinlə məşğul ol, sən nə bilirsən biz nə iş görürük?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 18. Komandir

Necə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.

20183 dəq
Üçüncü hissə, 19. Polkovnik Nəbiyev

Erməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.

20181 dəq
Üçüncü hissə, 20. Komandir

Qərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”

20181 dəq
Üçüncü hissə, 21. Kapitan Rəşidov

Briqada komandirinin sözünə xilaf çıxdığını görəndə yerdən-göydən əlimi üzdüm. Bu, hərbi qulluqda rastlaşdığım ilk iriçaplı ədalətsizlik idi - içimi şumlayıb keçdi.Briqada komandiri Kiçik leytenant Orucovu yanına çağırmalı, şəxsən təşəkkürünü bildirməli, vəzifəsinin və rütbəsinin artması üçün müraciət etməli idi. Etmədi. Qərargahın həyətində qrup üzvləri ilə ümumi görüş zamanı əlini sıxmaqla kifayətləndi. Orucov bu barədə heç düşünmürdü. Mən söhbətin içində olduğum üçün vicdan əzabı çəkirdim. Axı niyə? Niyə bu qədər zəhmətin dəyəri verilməsin? Kəşfiyyat xidmətində bundan artığını etmək mümkündürmü? Özümü saxlaya bilməyib Polkovnik Nəbiyevdən bu barədə soruşdum. Cavabı gözlənilməz oldu:

20181 dəq

Başqa şairlərin şeirləri