Ey ilhamım! Zəhərin də şirinmiş,Şəkərincə, şərbətincə, balınca.Qoy təbiət alsın cavan canımı,Könül qırıb, səni məndən alınca.

Anam kimi açılıbdı qolları,Qucaqlayaq gəl-gəl deyən yolları.Seyr eyləyək yaşılları, alları,Heydən düşüb, yarı yolda qalınca.

Xoş olmazmı sözdən naxış vurmağım,Hər ürəkdə isti yuva qurmağım.Daha bəsdi dayanmağım, durmağım,Getməliyəm mən arzumun dalınca.

1974, 13 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri