Üçüncü hissə, 16. Komandir
Gözümün acısını almaqdan ötrü mən də azca çimir elədim. Mürgüləyən vaxt qarovulda duran əsgərin sayıqlığını yoxlamaq üçün iki-üç sual verdim. Səsi diri gəlirdi. Üstündən beş dəqiqə keçməmiş Yeddixırman dağının yaxasındakı ardıcların tünd qoxusunu duydum. Dalınca qara pişik çığırdı. Canımdan üşütmə keçsə də, oyanmadım. Dayçamız kişnəyəndə gözlərimi açdım. Qarovulçu avtomatını qucaqlayıb yatmışdı. Bütün kəşfiyyat qrupu yuxudaydı. Uşaq da yatmışdı. Bircə Qariklə Qay şirin-şirin söhbətləşirdilər. Qarovulçunun yatdığını görən Qarik pıçıltıya keçdi. Təxmini başa düşdüm ki, bizim yatdığımızı Qaya xəbər verir. Səsləri kəsildi. Qarik bağlı əllərini asta-asta Qırğının qucağındakı silaha uzadanda qayışından çəkdim, Qırğı qışqırıb oyandı. Onun səsinə hamı oyandı və Səfərovun dəliliyi tutdu. Qariki vurdu. Dalınca dirəşdi ki, bizi aldadıb yatdığına görə qarovulçunu qayadan atmalıyıq. Onu birtəhər sakitləşdirdim. Dedim, narahat olmasın, öz yoldaşlarını təhlükədə qoyan əsgər cəzasını alacaq. Amma burda yox.
Qarikin hərəkəti sal daşın altında səssiz bir gərginlik yaratmışdı. Hamı kəfəni yırtıb çıxmış kimi hiss edirdi özünü. Mənə qalsa, təhlükə o qədər ciddi deyildi. Silahı çəkiləndə Qırğı onsuz da oyanacaqdı. Amma bir məqam vardı - mən avtomatı qəfil çəkdim, asta çəksəm, Qırğı bilməyə bilərdi.
Qəribədir, Qarikin bu hərəkəti uşaqlara xəyanət kimi gəlirdi. Halbuki normal idi. Onun yerinə kim olsa, fürsətdən yararlanmaq istəyərdi.
“Bizi, doğrudan, güllələyəcəkdin?” - Səfərov qarovuldakı əsgərə dartınıb əl-qol atandan, bir-iki yağlı söyüş söyüb sakitləşəndən sonra Qarikdən az qala nəvazişlə soruşdu.
“Yox. Heç vaxt!”
“Niyə?”
“Bizə kişi kimi söz vermisiniz, öldürməyəcəksiniz, dəyişəcəksiniz. Sizi niyə güllələyim ki?”
“Kişiyə bax ee!!!” - Qırğı havalı-havalı güldü - “O boyda torpaq tutublar, o qədər adam öldürüblər, hələ üstəlik kişilikdən, mərdlikdən danışırlar!”
“Mən həyatım boyu heç kimi vurmamışam.” - Qarik sakit və inamla danışırdı.
“Bəs onda silaha niyə əl atırdın, axmaq köpəyoğlu?!” - Səfərov yenə hövsələdən çıxdı.
“Sizi qorxudub qaçacaqdım. Başqa niyyətim yox idi. Əlləri bağlı, bu qədər adamı necə öldürərdim? Dəlizadam belə hərəkət edim?”
Uşaq ermənicə dayısından nəsə soruşdu. Səfərov onun nə dediyi ilə maraqlandı. Qarik izah etdi:
“Deyir, məni də aparacaqdın?”
“Sən nə dedin?”
“Dedim, yox.”
“Yalan demə.”
“Görmürsüz necə peşman olub. Guya mən qaçdım, bu qaldı. Onun əsir düşməsində günahkar mənəm. Evdən gətirməsəm...”
“Biz sizin kimi oğraş deyilik ki, uşağa əl qaldıraq. Onu öldürməyəcəyik. Amma sənin başını duz torbasında “heros zinvor”lara göndərəcəm. Arxayın ol.”
Qarik köks ötürüb daşın altında uzaqlara baxdı.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-16-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.
Üçüncü hissə, 17. QırğıHeç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:
Üçüncü hissə, 18. KomandirNecə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.
Üçüncü hissə, 19. Polkovnik NəbiyevErməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Bu qızınNə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,