Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin,Axır ol zülfü mənim boynuma zəncir etdin.
Ey könül, mən ki görüb yarı ayaqdan düşdüm,De görüm öz qəmini sən necə təqrir etdin?
Arizi-yarımı, ey sanei-afaq, məgərQərü ənbiqi-məhü mehr ilə təqtir etdin?
Eylədin vədə ki, vəslin günü qanım tökəsən,Ey olum vədənə qurban, niyə təxir etdin?
Baisi-nar dedin mehri-rüxin, ey vaiz,Gör behişt ayəsini sən nəyə təfsir etdin?
Verdi dil ol sənəmin küfr səri-zülfündən,Zahida, sən niyə ancaq məni təkfir etdin?
Məqtə — şairin təxəllüsü olan son beyt. Səni ol gözləri xunxar salıbdır gözdən,Genə, ey Seyyidi-biçarə, nə təqsir etdin?
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-bes-ki-ey-dil-hevesi-zulfi-girehgir-etdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey möcüzi-ənfasına şagird Məsih,Hər nükteyi-movhumu ləbin qıldı sərih,
Verdi mənə ol yari-vəfadar qədəhVerdi mənə ol yari-vəfadar qədəh,Sərməst idim, etdi məni huşyar qədəh,
Ey aşiqi-zar, vəsli-canandan keçEy aşiqi-zar, vəsli-canandan keç,Canandır əgər murad, gəl candan keç.
Ey feyzüvə məcmueyi-aləm möhtacEy feyzüvə məcmueyi-aləm möhtac,Bu ərzü səmavü ərşi-əzəm möhtac,