Günü gündən zəlilü xar oluruq,Möhnətü qüssəyə düçar oluruq.Bu qədər dərd kim olur hadis,Ona bielmlik olur bais.Bir bəladır bu dərdi-nadani,Ki onun elm olubdu dərmani.

Elmsiz kimsənə hünərsizdir,Elmi-bitərbiyət səmərsizdir.Tərbiyət mayeyi səadətdir.Tərbiyət şəxsə malü dövlətdir.Elmdir baisi-tərəqqiyi-tam,Alimə tay deyil güruhi-əvam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət