Qardə gər acından olsa həlak
Qardə gər acından olsa həlak,Yeməz it artığın zəmanədə şir.Lacivərdi tiladı divarə,Gər müxənnəs geyə libasi-hərir.Gər Firidunə çatsa dövlətdə,Bihünər kimsədir cihanda fəqir.Yemə namərd löqməsin Seyyid,Sifəti etməsin sənə təsir.Şahidi-razdən götür bürqə,Qoy səni xəlq eyləsin təkfir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-qarde-ger-acindan-olsa-helak
← → düymələri ilə keçid, R — təsadüfi şeir