Şahbaz bəyə
Qəsidə
Hər aşiqi-sitəmzədə kim, pakbaz olur,Daim zəmanədə işi suzü güdaz olur.Görməz həqiqi aşiq olan vəsli-yarını,Bəzmi-vüsal qisməti-əhli-məcaz olur.Əhli-hünər cahanda oiur çox niyazmənd,Hər kəs ki, bihünərdü o kəs biniyaz olur.Şahi gədayə çərx cdər sahib-irtica,Məhmud könlü bəsteyi-zülfi-Əyaz olur.Ədnayədir nəvazişi bu çərxi-əxzərin,Bilməm sipehri-dun niyə odnanavaz olur?!"Fəali-mayüridi"* salır xaki-zillətə,"Məfüli mən ərad"† dönüb sərfəraz olur.Qəddin xəm eyləyib ona gərdun qılar nəmaz,Hər mərdi-xubtinət kim, binəraaz olıır.Abai-səbədir mənə düşmən, həm ümməhat,Meydani-qəmdə hər gecə bu türkü taz olur.Eylər piyazi çərx əsəl kami-ğeyrdə,Həlva yesəm və leyk mənimçün piyaz olur.Gahi-simaki-rameh olur tirə könlümə,Gahi-simaki-əzəl ona çarəsaz olur.Sibtilərin müxalifı Qibli olur, vəlıOövmi-Qüreyş xəsmi-rəsuli-Hiçaz olur.Haşa qılır, sobatım alır çərxi-nərdbaz,Məşhıırdir ki, mərdi-ınüqəmmordə baz olur.Seyri-sipehrdən nə horasım, əgor mənəFəryadrəs zəmanodə ol Şahbaz olur?Ol şahibazi-əsr ki, ədlindən ol şəhinGüncüşk aşiyani həmon çeşmi-baz olur.Ol şahibazi-övci-ədalət ki, dərgohiLütf ilə əhli-fəqrə şəbü ruz baz olur.Ol sərfərazi-mülki-səxa kim, cənabınaHər kimsə kim, dəxil düşər sərfəraz olur.Seyyid dəxildir senə, ey mənbəyi-əta,Xövf etməsin ki, aləm ara biniyaz olur.Cismi-cahannümadü zəmirin zəmanədə,O1 camdən əyanə golır, hər nəvaz olur.Ey tacidar, haləti-pürixtilahınıGər yekbəyek yazam sənə, qissə diraz olur."Xeyrül-kəlam qəllə və dəllə"* demiş həkim,Hikmət yanında tul süxən bicəvaz olur.Öz yazdığım kəlam özümə xoş gəlir, vəliŞayəd ki, ğürbeyi-məsoli-şahbaz olur.Mən xuşəçini-xirməni-ehsanınam sənin,Lütf eyləsən, bu il yenə halım təraz olur.Naz eyləsəm, nə eybi var, öz Şahbazıma,Adətdü nazpərvər olan əhli-naz olur.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sahbaz-beye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir şəxs Əflatun-həkimdən sual elədi ki, çox illər cəhazda dəryasəfəri qıldın. Dəryada nə əcayib gördün?
QəzvinliBir nəfər qəzvinlinin bir eşşəyi itmişdi. Sorağ edib car çağırırdı vədəmbədəm Allah-taalaya şükr edirdi.
Sahib-mənsəbBir nəfər şəxs mənsəbi-vəzarətə nail oldu. Onun bir nəfər qədimidostu var idi. Mübarəkbad üçün onun hüzuruna gəldi. Sahib-mənsəb
Şair və dövlətliBir miskin şair bir təvangərin yanına gəldi. Elə yovuq oturdu ki,şair ilə təvangər arasında bir vəcəb (qarış) yer qaldı. Təvangər bu səbəb-
Başqa şairlərin şeirləri · Fələk və tale
کز سبک مغزی ز پای افکند دور آسمانم
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Bakı fəhlələrinəBu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.