Besyar söylənci
Axtarırdı Daryaş ucu-bucağı,
El deyib ki, gücsüz olan bic olar.
Yol gəzirdi Tunqu yıxıb sürüsün,
El deyib ki, gücsüz olan bic olar.
Çağırtdırdı Besyar qızı qulluğa,
Dedi: – Besyar, gəl son qoyaq dulluğa,
Yoxsulluqdan çıxaq böyük bolluğa,
El deyib ki, gücsüz olan bic olar.
Düşünürdü, axtarırdı başqa yol,
»Elçiçək var, Dəmirqızla, dörd oğul,
Bunların da hər birisi bir nağıl«
El deyib ki, gücsüz olan bic olar.
Sonra Daryaş dedi ona oyunu,
Adlandırdı ata, ana soyunu,
Dedi: – Sən də alacaqsan payını,
Şah olanda çaldıraram toyunu,
Oxşayaram göz oxşayan boyunu,
El deyib ki, gücsüz olan bic olar
Besyar qızın üzü yandı, alışdı,
Göy gözləri ulduzlar tək sayrışdı,
Içi, üzü bir birinə qarışdı,
Sonra durub baş başıdan soruşdu,
El deyib ki, gücsüz olan bic olar
Dedi: – Daryaş, bu sevgimiz nec olsun,
Necə olar səndən uşaq bic olsun,
Başım üstə qılınc olsun, güc olsun,
Ya açılsın bir gün bu iş heç olsun,
Sevgimiz də sönsün, bütün qıc olsun,
Sonra Tunq Ər bizə qarşı öc olsun,
El deyib ki, gücsüz olan bic olar
– Mən deyəni etsən işlər düzələr,
Kül altında qalan odlar közərər,
Biz olarıq təzə gəlin, təzə ər,
El deyib ki, gücsüz olan bic olar.
Besyar boylu bir dul idi, körpəsiz,
Üzü, gözü kirşansızdi, sürməsiz,
Əynindəki tikililər düyməsiz,
Evi yoxsul, döşəməsi gəbəsiz,
Tək qalmışdı o atasız, nənəsiz,
O sevirdi baş başını heçnəsiz,
El deyib ki, gücsüz olan bic olar
Besyar gəldi evə, vay-vay ağladı,
Çalış olma başqa əldə oyuncaq.
Dedi, “bunla çökməz böyük Mindiyar,”
Çalış olma başqa əldə oyuncaq.
Çox götür-qoy etdi gecə bu işi,
Gedə bilməz gördü belə yerişi,
“Getdim necə Tunq Ər ilə görüşüm,
Mən bu işə hansı üzlə girişim”,
Çalış olma başqa əldə oyuncaq.
Dedi, “Çətin mən bu işdə bic olam,
Mən boylu bir qadın, həm də bir dulam,
Bu, oxşayır çox gülməli nağıla,
Çalış olma başqa əldə oyuncaq.
Mən görürəm o sevməyir heç məni,
Başqa yerə o göndərir bic məni,
Görünür ki, Daryaş sayır gic məni
Çalış olma başqa əldə oyuncaq.
Getməsəm də məni öcsüz qoymaz o,
Acıqandır, yerdən, qandan doymaz o,
Şahlıq güdür, sevgi-mevgi saymaz o,
Sevgiliyə, sevimliyə uymaz o,
Çalış olma başqa əldə oyuncaq.
Bir də bizə pis olmayıb Mindiyar,
Yuxarıdan buna baxan Tanrı var,
Biz Hindeldən gələnlərik, qaçanlar,
Bizə yeyə, qayğı olub Mindiyar,
Çalış olma başqa əldə oyuncaq.
Baş götürüm hara qaçım onda mən,
Çox pis günə qaldım deyən sonda mən,
Daryaş qandır, çapalaram qanda mən,
Çalış olma başqa əldə oyuncaq.
Çox düşündü Besyar, yordu günləri,
Hər bir yolda öz yolu var hərənin.
Besyar qaçdı Darvidelə gecəykən,
Hər bir yolda öz yolu var hərənin.
Sanna, Balaşq evlənmişdi bir ildi,
O anaydı, bu da yaxşı ər idi,
Döyüşlərdə ikisi də nər idi,
Hər bir yolda öz yolu var hərənin,
O başına gələnləri danışıdı,
O Balaşqdan iki əlli yapışdı,
Sanna özü bu işlərə qarışdı,
Hər bir yolda öz yolu var hərənin.
Dedi: – Besyar, get Tunqa de bunları,
O şişirdir, öyür sizin diyarı.
Tökür tay- tay üstünüzə yox- varı,
Vergi vermir, nə el, nə gənc, nə qarı,
Biz qıtlıqdan saralmışıq, sap-sarı,
Hər bir yolda öz yolu var hərənin.
Besyar ayıq qonşulardan çəkindi,
Çox düşündü, güc – dözümü tükəndi,
Başsız qaldı, öz özünə, söykəndi,
Hər bir yolda öz yolu var hərənin.
Sanna dedi: – Besyar, geri qayıt sən,
Daryaşa de, mən boyluyam, keyəm mən,
Uzaqlaşa bilməm çox da yerimdən,
Hər bir yolda öz yolu var hərənin.
Besyar gecə Parsdiyara qayıtdı,
Baş evdəki yatanları ayıltdı,
Sözlərilə Daryaş şahı sarsıtdı,
Hər bir yolda öz yolu var hərənin.
Daryaş dedi: – Ya ketmək var, ya ölüm,
Besyar qaldı şah önündə bükülü,
Getmək, ölmək arasında ikili,
Bərk tutduğu bağlar bir bir sökülü,
Hər bir yolda öz yolu var hərənin.
Dedi, “Gedib Tunqa deyim düzünü,
Mən qatdayım Tunq önündə dizimi,
O eşitsə mənim doğru sözümü,
Görsə mənim qanlı, yaşlı gözümü,
Irəliyə atar Tunq Ər özünü,
Hər bir yolda öz yolu var hərənin.
Bu olmasa, aldadaram hamını,
Deyərəm ki, alçaldıblar sayğını,
Kəsibdilər mənə qarşı qayğını,
Aldadıblar bu kimsəsiz qadını
Bağlayıblar dörd bir yandan qapını,
Hər bir yolda öz yolu var hərənin.
Ya deyərəm mən boyluyam Alandan,
Alan məni aldatmışdır yalanla
Qayıdarsan – dedi-uşaq olanda,
Hər bir yolda öz yolu var hərənin.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-besyar-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çox gənc idi şahlıq üçün Tanı şah,Bir ölkəni dolandıra şah gərək,
Üztut söylənciTuncər getdi Qobuyerə üztuta.Yalvaranda yalvarasan tanrıya.
Ağüzel söylənciTanı şahı tapmadılar,Özü itən tapılarmı?
Günayla Tanı şahın görüş söylənciGün çıxanda oğurlandı Günay da,Biclik ilə yox edirlər güclünü.
Başqa şairlərin şeirləri
İstəyirsən gəlib mənə yetəsən,Ayaq götür ta ki, yara yetincə.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
SevdiyimQərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə