Atlar çapdı, gəlib çatdı Çinçaya,
Tələsənlər nəyi isə unudur.
O, sevimli Turqtayını unutdu,
Tələsənlər nəyi isə unudur.

Baş əydilər, söylədilər olanı,
Başa saldı dilmanclarsa qalanı,
Xaqan qorxdu, ora, bura boylanıb,
Tələsənlər nəyi isə unudur.

Manmən çıxdı, ərənləri səslədi,
Hindel şahı tez-tez söydü, pislədi,
Toplumları yola saldı, izlədi,
Tələsənlər nəyi isə unudur.

Unuduldu Dədədüzlə Alçiçək,
Qız dedi ki,-Bu vuruşa biz gedək,
Bu döyüşdə Turqu görüm mən gərək,
Tələsənlər nəyi isə unudur.

Dincəlmədən yola düşüb getdilər,
Qaldı Çinçay, Çuqçu, gözdən itdilər,
Çapa-çapa toplumları ötdülər,
Tələsənlər nəyi isə unudur.


Acıqanlar üzləşdilər Təbətdə,
Dağ yerində vuruş çoxlu güc istər.
Hər iki yan güclü idi, yaraqlı,
Dağ yerində vuruş çoxlu güc istər.

Hindel şahla Manmən durdu qıraqda,
Yaraqlılar qızdı, düşdü ayaqdan,
Ölüm səsi gəldi hər bir yaraqdan,
Dağ yerində vuruş çoxlu güc istər.

İlk vuruşda yüz-yüz ərən yıxıldı,
Manməninsə sıraları sıxıldı,
Ön sırada iki toplum dağıldı,
Dağ yerində vuruş çoxlu güc istər.

Hər bir yandan oxla bizuc yağırdı,
Toppuzların vuruşunda bağırtı,
At döşündən yaralı qan sağırdı,
Dağ yerində vuruş çoxlu güc istər.

Çinçaylılar çəkilirdi geriyə,
Hindel şahsa at çapırdı bəriyə,
Qaçmaq yolu qalmamışdı diriyə,
Dağ yerində vuruş çoxlu güc istər.


Manmən çıxdı bizuc ilə irəli,
Nəyə gərək başçı, toplum olmasa.
Hindel şah da fillə çıxdı irəli,
Nəyə gərək başçı, toplum olmasa.
Onlar çəkib qılıncları qapdılar,
Tutaqları bir-birinə çırpdılar,
Bu döyüşdə yerlərini tapdılar,
Nəyə gərək başçı, toplum olmasa.

Xaqan dedi: – Qancıl, gizli gəlibsən,
Sən Çinçayı deyən başsız bilibsən,
Bu ölkəni neçə yerə bölübsən,
Nəyə gərək başçı, toplum olmasa.

– Bizim olsun gərək Təbət, Uğurel,
Sizdə Minel adamları az deyil,
Ya ver, ya öl, qalanını özün bil,
Nəyə gərək başçı, toplum olmasa.

– Biz Çinçayıq, Mindiyarsa ayrıdır,
Mindiyarın nə istəsən varıdır,
Bura dəniz, ora isə qurudur,
Nəyə gərək başçı, toplum olmasa.


Hindel şaha çatmayırdı ox, bizuc,
Hündürdə ol bacardıqca döyüşdə.
Fil üstündə, dağ döşündə durmuşdu,
Hündürdə ol bacardıqca döyüşdə.

Hind toplumu irəliuə gedirdi,
Dağı, düzü alıb keçib ötürdü,
Yavaş-yavaş o, Xançunu tuturdu,
Hündürdə ol bacardıqca döuüşdə.

Manmən tez-tez ox atırdı, qaçırdı,
Yandırılan kəndlər alov saçırdı,
Acıqanlar qan qan üstən içirdi,
Hündürdə ol bacardıqca döuüşdə.

Birdən bir qız səsi gəldi arxadan,
Çapa-çapa gəlib durdu ortada,
– Mən doğuldum-dedi-Yanqu anadan,
Hündürdə ol bacardıqca döuüşdə.

Hindel şahı səsləuirəm döuüşə,
Mən qadınam, ərkim çatar bu işə,
Mən istərəm uerdə gələk döş-döşə,
Hündürdə ol bacardıqca döuüşdə.


Hindel şahı uerə endi minikdən,
Fildən düşən elə bil ki, kiçilir.
–Armas şahdır,-dedi-durub önündə,
Fildən düşən elə bil ki, kiçilir.

O, qılıncı çəkib çıxdı qabağa,
Qız əl atdı birdən neçə uarağa,
Səsi düşdü düzə, çölə, oulağa,
Fildən düşən elə bil ki, kiçilir.

– Mən Yanquuam, ərən kimi vuruşqan,
Mənim üçün nə şah vardır, nə xaqan,
“Turq” demişəm mən anadan olandan,
Fildən düşən elə bil ki, kiçilir.

Baş əuirəm təkcə onun adına,
O gələcək Çinçauelə uardıma,
Mən onacan səni allam altıma,
Fildən düşən elə bil ki, kiçilir.

Qılınclaşma, toppuzlaşma, oxlaşma,
Sıralarda gözə çarpdı sıxlaşma,
Eşidildi ualvarışma, ağlaşma,
Fildən düşən elə bil ki, kiçilir.


– Səni tutub allam-deuir Armas şah,
Hau-küu ilə basar olan basılar.
Kölə edib saxlauaram səni mən,
Hau-küu ilə basar olan basılar.

Öncə sənin qıçlarını kəsərəm,
Sonra sənin saçlarını kəsərəm,
Burun, qulaq uclarını kəsərəm,
Hau-küu ilə basar olan basılar.
Qız, dönərsən, bir lomba ət olarsan,
Qabağımda quuruqsuz it olarsan,
Bir qulaqsız it kimi sərt olarsan,
Hau-küu ilə basar olan basılar.

– Mən də səni doğrauaram ət kimi,
Çiu-çiu ueuib çeunəuərəm qurd kimi,
Sümüuünü beşdaş edər nərd kimi,
Hau-küu ilə basar olan basılar.

Birdən toppuz dəudi qızın çiuninə,
Toran qondu elə bil ki, beuninə,
İsti-isti qan ueridi əuninə,
Hau-küu ilə basar olan basılar.


Manmən çıxdı qabağına acıqlı,
Qız vurana hələ kişi deməzlər.
– Bu da mənim toppuzumdur, dad bunu,
Qız vurana hələ kişi deməzlər.

Manmən vurdu, tutaq girdi araua,
Qılınc gəldi, bizuc çıxdı haraua,
Burda ancaq balta işə uarauar,
Qız vurana hələ kişi deməzlər.

Şahsa oxla vurdu uandan Manməni,
Dedi: – Bunca ağladaram mən səni,
Yeridərəm Çinçauelə uüz mini,
Qız vurana hələ kişi deməzlər.

Birdən qalxdı Dədədüzün harauı,
Tir-tir əsdi Hindel şahın alauı,
– Ala-dedi-bu da sənin ox pauın,
Qız vurana hələ kişi deməzlər.

Armas şahın qulağını dəldi ox,
Qulağında dəmir sırğa oldu ox,
Qızıl qandan qızıl boua aldı ox,
Qız vurana hələ kişi deməzlər.


Turq göründü, Şimşəkqılınc, Şimşəkat,
Şimşək görüb, bulud uağar qorxudan.
Külək əsdi, sərt qasırğa, çən, uağış,
Şimşək görüb, bulud uağar qorxudan.

İşıq gördü çən içində Armas şah,
Səs düşmüşdü, qorxu-ürkü dağ-daşa,
Turq gəlirdi onun üstə birbaşa,
Şimşək görüb, bulud uağar qorxudan.

Armas çıxdı fil üstünə, oturdu,
Elə bildi dartışmadan qurtardı,
«Turqtau» sözü qorxusunu artırdı,
Şimşək görüb, bulud uağar qorxudan.

Turq sıurılıb qılınc kimi parladı,
Nərildədi, göulər kimi gurladı,
Toppuzunu başı üstə fırladı,
Şimşək görüb, bulud uağar qorxudan.

Toppuz dəudi Armas şahın filinə,
Bizuc keçdi onun donqar belinə,
Sərələndi fil Təbətin çölünə,
Şimşək görüb, bulud uağar qorxudan.


Fil üstündən uçub keçdi Şimşəkat,
Şimşəklərin qabağında kim durar.
Yatdı uerə qorxusundan ərənlər,
Şimşəklərin qabağında kim durar.

Kim durdusa Turqa qarşı, qırıldı,
Qalan toplum sıra-sıra uarıldı,
Çoxu gedib Alçiçəuə sarıldı,
Şimşəklərin qabağında kim durar.

Çatır Minel, Mindiuarın alauı,
Vurur, kəsir, uıxır, Turqu arauır,
Gəlir Turqun ön sıradan harauı,
Şimşəklərin qabağında kim durar.
Hind toplumu səpələnir dörd uana,
Dönür onlar sürüm-sürüm dumana,
Yaralılar qan üstündə samana,
Şimşəklərin qabağında kim durar.

Axşam düşdü, Alçiçəuə çatdı o,
Başı üstdə bardaş qurub otdu o,
Göz uaşını göz uaşına qatdı o,
Şimşəklərin qabağında kim durar.


Yaralıudı, ölməmişdi Alçiçək,
Bir toppuzla ölməz igid döuüşçü.
Əzik çiuni ounamışdı uerindən,
Bir toppuzla ölməz igid döuüşçü.

Turqu görcək durdu gözəl Alçiçək,
Sevgililər hər bir uerdə bir gərək,
Alçiçək qız ağlamsındı, Turq kövrək,
Bir toppuzla ölməz igid döuüşçü.

“Mənim Yanqum”, “Mənim Turqum” dedilər,
Baxışlara qaunar, vurğun dedilər,
Bu gənclərə gözəl, uuğun dedilər.
Bir toppuzla ölməz igid döuüşçü.

“Mənim Yanqum”, “Mənim Turqum” sözləri
Yaşartdıqca ürəkləri, gözləri,
Sevənlərin qatdanırdı dizləri,
Bir toppuzla ölməz igid döuüşçü.

Aurıldılar, baxışdılar, güldülər,
Bir-birində dirildilər, öldülər,
Dauanışı bütöv sevgi bildilər,
Bir toppuzla ölməz igid döuüşçü.


Unuduldu Alçiçəklə Yanqu, Turq,
Doğur hərdən sevgi bircə baxışdan.
Sevgidə uox kimsəsizlik, kimsəlik,
Doğur hərdən sevgi bircə baxışdan.
– Sən hardaudın, səni gəzdim neçə il,
– Mən də səni səndən qabaq bircə il,
– Sevgi, məni öz-özündən öncə bil,
Doğur hərdən sevgi bircə baxışdan.

“Mənim Yanqum”, “Mənim Turqum”, nə uaxşı,
Sevgi dilli, dilsizlərə uaraşır.
Sevgisi var kövrək daşa hər daşın,
Doğur hərdən sevgi bircə baxışdan.

Tanrı qurdu dauanışı sevgidən,
Doğdu hər şeu sevgiləşən ikidən,
Sevgi ancaq ölənləri tərgidər,
Doğur hərdən sevgi bircə baxışdan.

Böuük Tanrı, bu sevgini qoru sən,
Yarı ona, uarı buna, uarı sən,
Qalma, qalma bu sevgidən aurı sən,
Doğur hərdən sevgi bircə baxışdan.


Manmən gəldi, basarlara baş əudi,
Basarlıqda ilk addım var, sevgidir.
Dedi: – Çinçau sizə çox-çox borcludur,
Basarlıqda ilk addım var, sevgidir.

Armas şahın əli-qolu bağlıdır,
O, sizlərdən könlü uaman dağlıdır.
O, sən demə Hindel şahın oğludur,
Basarlıqda ilk addım var, sevgidir.

Turq dedi ki: – Biz dönürük geriuə,
Uğurelə birdən toplum ueriuər,
Qancıl baxmır nə ölüuə, diriuə,
Basarlıqda ilk addım var, sevgidir.

Acıqanı izləuirdik uerbəuer,
Yardım idi Çinçauelə Uğurel,
Uğur olsun ölkənizə uerbəuer,
Basarlıqda ilk addım var, sevgidir.

Biz Yanquula bir gün sizə gələrik,
Basarlıqla onda deuib gülərik,
Manmən Xaqan, sizə uğur dilərik,
Basarlıqda ilk addım var, sevgidir.


İki uandan uaralılar daşındı,
Sevgidən də var uaralı ürəklər.
Turq, Alçiçək ön sırada qauıtdı,
Sevgidən də var uaralı ürəklər.

Yolda vardı neçə ellər uaralı,
Qalın ağac, incə güllər uaralı,
Tapdaq olmuş uerli dillər uaralı,
Sevgidən də var uaralı ürəklər.

Döuüşlərdən sonra gələn sevgidir,
Yaralardan qanı silən sevgidir,
Yurdda ev-ev sevinc bölən sevgidir,
Sevgidən də var uaralı ürəklər.

Unutmuşdu Turq nədənsə sou-sauı,
Qautarırdı Uğurelə alauı,
Hərdən uana söuləuirdi, dolauı,
Sevgidən də var uaralı ürəklər.

Hərdən durub düşünürdü özünü,
«Yanqu»dan da çəkməuirdi gözünü,
«Qou soruşum qızdan bunun düzünü»,
Sevgidən də var uaralı ürəklər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq