Darvidelsə qız göndərir Başevə,
Öç azalır, qızla, sözlə, bağışla.
O yerincin üç qızından biridir,
Öc azalır, qızla, sözlə, bağışla.

Göndərişlə çox sevinir İşdayaq
Sevir qızı Başevinə qataraq,
Ərk eləyib, ad qazanır bu qonaq.
Öc azalır qızla, sözlə, bağışla.

Adı Mehcə, özü gözəl bilimli,
Boy-buxunu yaraşıqlı, sevimli,
Dil-dodağı dadlı, yuxa biçimli.
Öc azalır qızla, sözlə, bağışla.


Mehcə sevir ilk baxışdan qoçanı,
Sevgi şaha, yaşa, başa baxmayır.
Qız oxşayır bunça sevən ərini
Sevgi şaha, yaşa, başa baxmayır.

Mehcə gedir İşdayaqla hər yana
Bir il keçir, doğur, olur gənc ana.
Şah "Ana şah" adı verir Mehçana
Sevgi şaha, yaşa, başa baxmayır.

Şah Mehcəni əl içində bəsləyir,
Hamı onu gəlin deyə səsləyir,
Başev Ana şah yerini gözləyir,
Sevgi şaha, yaşa, başa baxmayır.


Qaraş qoyur şah oğlunun adını,
Yaxşı oğul hər bir işdə dayaqdır.
İşıqlanır şahın üzü, baxışı,
Yaxşı oğul hər bir işdə dayaqdır.

O, gəlinlə, o Qaraşla öyünür,
Şah ürəyi sevinc ilə döyünür,
Nə düşüncə, nə kövrəklik nə günü,
Yaxşı oğul hər bir işdə dayaqdır.

Susur şahın yuxusuna söz qatan,
Yuxuyozan, suyabaxan, rəmlatan,
Dəyişilir başdan-başa şah ata,
Yaxşı oğul hər bir işdə dayaqdır.


Saxlançını şah payladı ellərə,
Əlaçıqlıq tükənməyən saxlancdır.
O baş çəkdi kimsəsizə, yoxsula,
Əlaçıqlıq tükənməyən saxlancdır.

Bu sevgiylə dəyişildi ölkə də,
Sevgi uzaq yavalıqdan, ləkədən
Səs yayıldı hər diyarda, bölgədə
Əlaçıqlıq tükənməyən saxlancdır.

Sıxılsa da bundan qısır gəlinlər,
Təzələndi, dəyişildi geyimlər,
Şaha qoşma, gözəlləmə, deyimlər...
Əlaçıqlıq tükənməyən saxlancdır.


Var kedəndir, dolu saxlanc gedəndir,
Ata uçün oğul qalır, qız qalır.
Şah olsa da ölkələrə, yurdlara
Ata üçün oğul qalır, qız qalır.

Kim sonevə var aparıb özüylə,
Kimsəsizsən kimsə olsan yüziylə
Gedəcəksən gedənlərin iziylə
Ata üçün oğul qalır, qız qalır.

Oğlun oğlu, qızın qızı qabaqda,
Hər il gəlir, bitir, solur torpaqda
Gül olmayır yabanıdan, alaqdan,
Ata üçün oğul qalır, qız qalır.


Yaşadacaq səni doğma artarın.
Gəlib səni sənsizlikdən qurtarıb,
O, kəsərli yarağındır, yontarın,
Ata üçün oğul qalır, qız qalır.

Ana süddür, ata qandır, qadası,
Varı versin artarını saxlasın,
Artar yoxsa, için-için ağlasın,
Ata üçün oğul qalır, qız qalır.

Artar versin tanrı, görüm hamıya,
Odur sənin ev-baçanı yamayan,
Yaxşı artar pis günündə yarayar,
Ata üçun oğul qalır, qız qalır.


Darvidelin igid-igid ərləri,
Hər bir ölkə igidilə tanıqdır.
Min il keçib bu yurd bütün dəyişib,
Hər bir ölkə ikidilə tanıqdır.

**Məşhur

Yerinç olub Çölçü doğma elində,
Seçilirdi başda, sözdə, bilimdə,
Ad qazandı bir yöndəmsiz ölümdə
Hər bir ölkə ikidilə tanıqdır.

İndi burda yerinc Sərdarağadır,
Güçdə, vurda bir qaplandır, buğadır,
Üçcə qıza, Darvidelə atadır,
Hər bir ölkə igidilə tanıqdır.


İş yeyəsi, qulluq qulu, başbilən,
Hər gəlişin vardır düşər-düşməzi.
İşdayağın yerinçidir bu yurdda,
Hər gəlişin vardır düşər-düşməzi.

O bilərdir, ən bilikli yerincdir.
Dedi-qodu qaynağında kilinçdir,
Ona qarşı duran ərlər gülünçdür,
Hər gəlişin vardır düşər-düşməzi.

Mehcə qızı Əkbitənin gəlini,
Mehcə bilir, sevir Minel dilini,
Bağış verib şaha yumuq gülünü,
Hər gəlişin vardır düşər-düşməzi.


Fərzad gizli quyu qazır Sərdara,
Öz kökünə çəkər budaq, bəllidir.
O Çölçünün üç arxadan artarı,
Öz kökünə çəkər budaq, bəllidir.

– Mən Mehcəni istəyirdim, vermədi.
Mən Çölçünün qalınçıyam, görmədi,
Mən sevgimdən bir gül-çiçək dərmədim
Öz kökünə çəkər budaq, bəllidir.

Yetər daha, İşdayaqdan öc allam,
Darvidelin torpağında ucallam.
Şah olarsam, Əkbitəndən bac allam,
Öz kökünə əkər budaq, bəllidir.


Yardım edin, İşdayağı basım mən,
İstəyirəm; istəyənlər güçlüdür.
Doğulmuşam böyük oyun törədim,
İstəyirəm, istəyənlər güclüdür.

Böyük Minel şahlığına qarşıyam.
Çinel deyil Mindiyara qonşuyam,
Mən Fərzadam, Darvidelin başıyam.
İstəyirəm, istəyənlər güçlüdür.

Əvvəl Sərdar, sonra gəlir İşdayaq,
Bol at, bol yem, bol yaraqlı, bol yaraq,
Gərək Minel boğumundan qurtaraq,
İstəyirəm, istəyənlər güclüdür.


Mən Mehcəni ələ allam, quraram,
Gərək adam itirməsin soykökü.
Mehcə soydan Darvidelli qızıdır,
Gərək adam itirməsin soykökü.

Gərək qızı dilə tutam, ayıldam,
Bizə saxlanç tutmalıdır taxıldan,
Yoxsa oğlu ölməlidir bu yolda.
Gərək adam itirməsin soyköku.

Mən qılınçdan keçirərəm Mineli
Kəsiləcək burdan onda şah əli,
Gərək özüm başraq kimi yüksəlim.
Gərək adam itirməsin soykökü.


– Burda səni dinləyənlər sənlədir,
Böyüklərlə çarpışanlar böyüyür.
Ya ölərik, ya qalxarıq büs-bütün,
Böyüklərlə çarpışanlar böyüyür.

– Mənə tapşır yaraqlını, yarağı,
Qaçıraram körpə oğlu Qaraşı,
Gələr onda bizim yola ayağı,
Böyüklərlə çarpışanlar böyüyür.

– Sərdarı da mən götürrəm aradan,
Sonevinə kedər bircə yaradan.
Bir yalanla Başev çıxar sıradan,
Böyüklərlə çarpışanlar böyüyür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə