Turqla Alpis vuruşu söylənci
Birdən ürkdü, şıllaq atdı Şimşəkat,Kölgə kimi gəlir hərdən acıqan.Turq qışqırdı: – Ahay, Alpis yaxın gəl!Kölgə kimi gəlir hərdən acıqan.
Bu an günün, parlaq üzü tutuldu,Buludların buz qaşları çatıldı,
Alpis gəldi, ortalıqa atıldı,Kölgə kimi gəlir hərdən acıqan.Dedi: «Turqər, sən qapıma gəlibsən,Sən özünü, yazıq, ölməz bilibsən,Sən mənimçün, ölməz, çoxdan ölübsən,Kölgə kimi gəlir hərdən acıqan.
Şamxat sənə şanşan verib yeməkdə,Sanki səni qurtarıbdır ölməkdən,Indi nədir suçun bura gəlməkdən,Yaranışı iki yerə bölməkdən,Son ev üstə yeyib içib gülməkdən,Kölgə kimi gəlir hərdən acıqan.
– Ölməzliyi mənə tanrı veribdir,O Turqərin kimliyini görübdür,Şamxat bizim aramıza giribdir,Kölgə kimi gəlir hərdən acıqan.
– Mənəm böyük yertitrəmə, suəsmə,Mən səni də əsdirərəm, tələsmə,Nəyə gərk bu gileylik, bu küsmək.Gizlin gəlib bu qapıda yol kəsmək,Kölgə kimi gəlir hərdən acıqan.– Mən gəlmişdim Şamxat qızı qurtarım,Gəlməmişdim yaşıma yaş artırım.Ölməz olum, ad-sanımı itirim,Kölgə kimi gəlir hərdən acıqan.
Sən ölməzsən, sənin min-min yaşın var,Səndən gəlir, qasırğalar çovğunlar,Nələr çəkib səndən Minel, Mindiyar,Kölgə kimi gəlir hərdən acıqan.
Mən ağlaram sənin qara gününə.Pis tanrısan qılınc batmır gönünə,Ölməzlikdən, tanrılıqdan kimə nə,Dolaşdırdın, bizi saldın düyünə.Yandırırsan uzununa, eninə,Kölgə kimi gəlir hərdən acıqan.
Şimşəkatla Şimşəkquyruq döş-döşə,Az qalır ki, dırnaqlaşa, didişə.Biri lütdür, biri batıb gümüşə,At da qanır, qulaq asır söyüşə.
Kim girəcək görən öncə döyüşə,Bulud durub, göz dikibdir gedişə,Kölgə kimi gəlir hərdən acıqan.
Alpis göydən od ələyir, qar tökür.Şimşəkatsa dırnağıyla yer sökür,Tanrı göydən ölməzlərə göz dikir,Damlar, yollar, çaylar göllər səf çəkib,Ölməz Ərlər yerə ölüm, qan əkir,Kölgə kimi gəlir hərdən acıqan.
Qılınc göydə şütüyərək oynayır,Qanla gözlər, öclər qızıb qaynayır,Qan sıçrayır, bulud döşü qanayır,Atın başı, döşü qana boyanır,Kölgə kimi gəlir hərdən acıqan.Qor, qar göydə bir-birini udurlar,Şaha qalxıb atlar əl-qol atırlar.Bir-birini Ərlər oxa tutular,Eşib yeri atlar yerə batırlar,Kölgə kimi gəlir hərdən acıqan.
Turqər deyir: – Qamarlaram gövdəni,Tutdum, daha buraxmaram mən səni,Alpis Turqa tez-tez şimşək ötürür,Əli- qolu Turqun suluq götürür,Alpisin də üz-gözü şiş götürür,Kölgə kimi gəlir hərdən acıqan.
Heç görünməz Alpis birdən görünür,Yerə yatıb o uzanır, sürünür,Yerdə ikən od alova bürünür,Kölgə kimi gəlir hərdən acıqan.
Turqər vurur, qılınc ilə doğrayır.Sürütdəyib tikə-tikə darayır,O yox olur, Turqər onu arayır,O görünməz kişnəyərək ulayır,Sonra durub Turqa quyruq, bulayır,İtə dönür, Turqu tez-tez yalayır,Kölgə kimi gəlir hərdən acıqan.
Tökülüşüb gəlir dibdən qırıqlar,Gözdən, başdan, döşdən çapıq çapıqlar,Üstyer, Altyer qarqışından qopuqlar,Ana-bala olmaq üçün yanıqlar,Əyri-üyrü, içdən, çöldən sınıqlar,Kölgə kimi gəlir hərdən acıqan.
Ancaq onlar ölüşgəyib bükülüb,Baş-qulaqdan, əl-ayaqdan tökülü,Turqu görüb bir-bir ordan çəkilir,Kölgə kimi gəlir hərdən acıqan.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-turqla-alpis-vurusu-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tunqər Alpan qonaq qaldı Qurdərə,Gəncdən qulluq, qocadansa tapşırıq.
Uryer söylənciOturmuşdu, düşünürdü Turq ata,Elə bağlan, yarıtanrı olsan da.
Turpar söylənciUğureldə Elçiçəyi sevən çox,Yaradandı,yaşadandı sevgilər.
Çatan şah söylənciÇatan şaha “muştuluq” ver dedilər,Sevindirmək şahı çox-çox çətindir.
Başqa şairlərin şeirləri
Səhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.