Turpar, Sona Uruyerə çatdılar,Yerdəyişmə qıvraq edər adamı.Uruyerdə Sona yaman sevindi,Yerdəyişmə qıvraq edər adamı.

Güləşirdi Sona ilə Tayqulaq,Ot üstündə dığırlanıb qurdsayaq,At üstündə quştək uçub, çaparaq,Yıxıl-yıxıl ötüşürdü qacaraq,Yerdəyişmə qıvraq edər adamı.

Boylu sona sevinirdi, gülürdü,Sevincini turpar ilə bölürdü,Ilk sevgidir ilk körpəsi, bilirdi,Yerdəyişmə qıvraq edər adamı.

Tutulmuşdu o Şamxatı görəndən,Şamxat onu oynatmışdı yerindən,Əl çəkmirdi Şamxat onun ərindən,Yerdəyişmə qıvraq edər adamı.

Turpar onu danışdırır, dindirir,Öyüb, Minel gözəlinə döndərir,Hərdən gedib ağaclıqdan tut dərir,Onu qıza, Qardanağa göndərir,Yerdəyişmə qıvraq edər adamı.Sona bilmir Şamxat göydən enmədir,Yarım yarı tanrılıqdan dönmədir,Qardanağla seviş-öpüş gündədir,Yerdəyişmə qıvraq edər adamı.

Sona doğur, oğlu olur, kök, topa,Tayqulaqla olub süddə, süd ortaq,İkisi də süd qardaşı, qarınpa,Yerdəyişmə qıvraq edər adamı.

Turpar deyir: – Öz atımı çapım mən,Gedim boyuk Turq atanı tapım mən,Saqqalından, əllərindən öpüm mən,Yerdəyişmə qıvraq edər adamı.

Sona dedi: – Tək qalaram burda mən,Şamxat məni oynadacaq yerimdən,Qorxuram ki, biz vuruşaq heç nədən,Yerdəyişmə qıvraq edər adamı.

Turpar dedi: – Şamxat dibdən özgədir,Tanrı deyil, tanrılara kölgədir,İştar sevgi tanrısına yengədir,Yollar ona yol yox, döngə-döngədir,Yerdəyişmə qıvraq edər adamı.

Tək deyilsən indi Sona, körpə var,Üzərində Tunqər kimi kölgə var,Mindiyarla, Minel kimi ölkə var,Yerdəyişmə qıvraq edər adamı.

Ayrıldılar, Sona susdu, ağladı,Sol əlinə onun qaytan bağladı,Qucub onu, qucağında saxladı,Yerdəyişmə qıvraq edər adamı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri